Göyçayda qız üstündə öldürülən nişanlı gəncin yasından – REPORTAJ

Göyçayda qız üstündə öldürülən nişanlı gəncin yasından – REPORTAJ
Bütün Xəbərlər
12:39 11.03.2015
6589
Göyçay rayonunda gənclər arasında dava qətllə yekunlaşıb
AZXEBER.COM Region tv-yə istinadən xəbər verir ki,hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Elşən Sədiyar oğlu qonşusu, 1987-ci il təvəllüdlü Əliyev Rahib Yaşar oğlunu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı bıçaqlayıb. Ürək, boğaz və qarın nahiyəsindən 9 bıçaq xəsarəti alan Rahib Əliyev hadisə yerində dünyasını dəyişib. Məlumata görə, Elşən Məmmədov sevdiyi qıza görə Rahib Əliyevi öldürüb. Belə ki, gənclərin hər ikisi subay olub və onlar bir qızı istəyiblərmiş.
Mərhum Rahib Əliyevin ailə üzvləri bildiriblər ki, Elşən Məmmədovun valideynləri 3 ay əvvəl kənd sakini olan qızın evinə elçi gediblər, lakin qızın valideynləri övladlarının Elşənlə ailə qurmasına razı olmayıblar. Qızın atası Elşən Məmmədova xəbərdarlıq edib və qızına yaxın durmamağı tapşırıb. Bu günlərdə isə mərhum Rahib Əliyevin valideynləri həmin qıza elçi gediblər və onlar qızın, eləcə də valideynlərinin razılığını alıblar. Qızın barmağına üzük taxılıb və Novruz bayramında nişan mərasimi olacaqmış. Elşən buna görə Rahibin evinə gələrək onu söhbətə çağırıb. O, deyib ki, qızla görüşək və onun kimi istədiyini soruşaq. Bu məqsədlə Rahibi aldadaraq küçəyə çıxaran Elşən Rahibin öz maşınında qızın yaşadığı ünvana gedərkən yolda onu bıçaqlayb. Rahibə 9 bıçaq xəsarəti yetirən Elşən sonra yerə düşərək onun avtomobilinin şinlərini də bıçaqla kəsib-doğrayıb ki, onu xəstəxanaya aparmaq mümkün olmasın. Əvvəlcədən Rahibin evinə bıçaqla hazırlıqlı gələn və qəsdən onu amansızlıqla qətlə yetirən Elşən Məmmədov həbs edilib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR