Göygöldə 35 yaşlı süpürgəçi qadını maşınla vurub öldürdülər

Göygöldə 35 yaşlı süpürgəçi qadını maşınla vurub öldürdülər
Bütün Xəbərlər
13:45 16.08.2015
1497
Qəzanı törədən şəxs hadisə yerindən qaçıb.
Göygöl şəhəriində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM-un Lent.az-a istinadən məlumatına görə, 1995-ci il təvəllüdlü Nəcəfov Nizami Abbas oğlu “VAZ 2121” (Niva) markalı maşınla yolu süpürən 1980-ci il təvəllüdlü İsmayılova Leyla Saday qızını vurub. Nəticədə piyada yerindəcə keçinib.
Qəzanı törədən şəxs hadisə yerindən qaçsa da, sonradan onun şəxsiyyəti müəyyənləşdirilib.
Qeyd edək ki, süpürgəçi qadını vurub öldürən gənc sürücü Göygöldəki üzümçülük təsərrüfatının briqədiridir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR