Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Göygöl ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolda hərəkətdə olan "QAZel" markalı mikroavtobus qəfil idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində xəsarət alan 4 sərnişin xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
\\oxu.az











































