Hacıbala Abutalıbov: 'Keçin sürüşən binanın üstündə oturun' - VİDEO
Bütün Xəbərlər
21:35 24.04.2013
5501
Paytaxtın Füzuli küçəsindəki binanın sürüşdürülməsinə başlanıb. 18 min ton ağırlığında binanın yerdəyişməsi üçün 210 özəl qurğu gətirilib. Sürüşdürmə 5 gün sürəcək. Tarixi tikili 10,5 metr geriyə çəkiləcək. Aprelin 23-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov paytaxt üçün bu ilk olayın gedişatına baxış keçirib. O, AzadlıqRadiosunun suallarını da cavablandırıb.