Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının Əl Oyunları və İdman Sarayında qurultay keçirməklə bağlı müraciətinə mənfi cavab verib.Müsavat Partiyası bcz VIII qurultayının harada keçiriləcəyi ilə bağlı qərarı fevralın 20-də verəcək. Bunu APA-ya açıqlamasında partiya başqanının müavini Gülağa Aslanlı deyib. O bildirib ki, fevralın 20-də partiyanın həm Divan, həm də VIII Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçiriləcək. Qurultayla əlaqədar qərar da məhz həmin gün veriləcək.Meriyanın qərarına münasibət bildirən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına açıqlamasında deyib ki, Bakı Əl Oyunları Sarayı idman oyunları üçün nəzərdə tutulub: “Adından da göründüyü kimi, bura idman oyunlarının keçirildiyi yerdir, qurultay üçün nəzərdə tutulmayıb. Həm də Bakı Əl Oyunları Sarayı özəl qurumdur və onun Bakı Şəhər İcra Hakimiyyətinə aidiyyəti yoxdur. Müsavat özəl quruma müraciət etsin, razılaşsınlar, pullarını ödəyib qurultaylarını keçirsinlər. Bunun Bakı Şəhər İcra Hakimiyyətinə nə aidiyyəti var?”