'Hacıbala Abutalıbov nə demək istəyir?'

SİYASƏT
16:58 10.05.2013
3004
Son zamanlar məmurların mətbuatda jurnalistlər haqqında səsləndirdiyi fikirlər nəinki jurnalistlər tərəfindən, hətta cəmiyyət tərəfindən də birmənalı qarşılanmayıb.Nəzərinizə çatdırım ki, bir müddət bundan öncə Tağı Əhmədovun jurnalistlərin ünvanına yolladığı “ Popuqay” sözü jurnalistlərin qəzəbinə tuş gəlmişdirsə, indi də Bakı Şəhər İcra Hakimiyyətinin başçısından media nümayəndələrinə bənzər təhqir gəldi.Belə ki, jurnalistlərə müsahibəsində xüsusi ironiya ilə “Gedin çıxın bınanın üsdündə oturun,əgər, qorxursunuzsa, birlikdə çıxaq” ifadələrindən istifadə edib.Bu təhqirlərə hətta millət vəkilləri belə münasibət bildiriblər. Onlar bu fikirlərlə razılaşmır, jurnalistləri bu təhqirlərə laiq olmadığını düşünürlər. Millət vəkili Aydın Mirzazədə "Facebook" sosial şəbəkəsində yazdığı sitatı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova həsr edib.”Jurnalistlərin əməyinə Azərbaycan cəmiyyətində həmişə böyük hörmət olub və var. Bu günlər səhifəmdə ancaq dahi Azərbaycan siyasətçisi Heydər Əliyevin xatirəsinə həsr edilmiş materiallar yerləşdirmək fikirində idim. Ancaq bu gün internet səhifələrində Bakı İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun jurnalistlərin ünvanına səsləndirdiyi bir ifadəyə rast gəldim.
Təəssüf edirəm ki, belə bir fikir gedibdir. Jurnalistlər cəmiyyətimizin görən gözü, danışan dilləridir. Onların zəhməti ilə cəmiyyət gedən proseslərdən xəbər tutur, müxtəlif fikirlərlə tanış olur, inkişaf prsosesinə öz əvəzsiz töhfələrini verirlər. Onların içərisində olan bir-iki təsadüfi şəxsə hamısına eyni qiymət vermək düzgün deyildir”.Millət vəkili Qənirə Paşayeva da hadisəyə münasibət bildirib, və bunu yaxşı qarşılamadığını, təəssüf hissi keçirdiyini bildirib.
Qənirə Paşayeva “Jurnalist dostlar sosial şəbəkələrdən yazaraq Bakı meri Hacıbala Abutalıbovun jurnalistlərə qarşı son rəftarı və işlətdiyi ifadələrə münasibətimi, fikrimi bilmək istəyirlər. Əgər gerçəkdən də Hacıbala müəllim belə bir ifadə işlədibsə, sizcə, jurnalist kökənli bir millət vəkili olaraq buna necə münasibətim ola bilər? Təbii ki, mənfi. Çox təəssüf edirəm. Amma təkcə bir millət vəkili, bir jurnalist kimi deyil, həm də sadə bir vətəndaş kimi. Bu cür davranış və ifadələri nəinki Bakı merinə, heç kimə yaraşdırmıram. Ümid edirəm ki, Hacıbala müəllim də bu cür addımların cəmiyyətdə doğurduğu reaksiyanı nəzərə alaraq bir daha bu kimi hallara yol verməyəcək”. Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR