Hacıbəy Heydərli: Jurnalistlər sosial şəbəkələrdə fəal olmalıdır

Hacıbəy Heydərli: Jurnalistlər sosial şəbəkələrdə fəal olmalıdır
SOSİAL
00:34 18.11.2026
60
Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli "Baku TV”də yayımlanan "Aktual Gündəm” verilişinin qonağı olub.

AZXEBER.COM xəbər verir ki, verilişdə sosial şəbəkələrin, xüsusilə TikTok platformasının cəmiyyətə, informasiya mühitinə və media sektoruna təsiri müzakirə olunub.

Müzakirə zamanı TikTok-un auditoriyasının sürətlə genişlənməsi, insanların informasiya əldə etmək vərdişlərinin dəyişməsi, sosial media istifadəçilərinin məsuliyyəti və kontent istehsalının xüsusiyyətləri diqqət mərkəzində olub. Eyni zamanda ənənəvi medianın rəqəmsal dövrün tələblərinə uyğunlaşmasının vacibliyi vurğulanıb.

Hacıbəy Heydərli bildirib ki, sosial şəbəkələr bu gün yalnız ünsiyyət və əyləncə vasitəsi deyil, həm də ictimai rəyin formalaşdığı, informasiya mübarizəsinin aparıldığı və gündəmin müəyyənləşdiyi mühüm platformalardır.
 


Onun sözlərinə görə, dəyişən informasiya mühiti media qurumları və jurnalistlər qarşısında yeni tələblər qoyur. Bu baxımdan, auditoriyanın maraq və vərdişlərini nəzərə almaq, sosial platformalarda fəal olmaqla yanaşı, peşəkar jurnalistika prinsiplərini də qorumaq vacibdir.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR