Hacıbəy Heydərli: Valideynlər də media savadlılığına yiyələnməlidir - VİDEO

Hacıbəy Heydərli: Valideynlər də media savadlılığına yiyələnməlidir - VİDEO
MEDIA
15:42 30.04.2026
446
"Valideynlərin özlərinin də maarifləndirilməyə ehtiyacı var”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli İctimai TV-də yayımlanan "Xəbərimiz var" verilişində deyib.

O qeyd edib ki, valideynlər də media savadlılığına yiyiələnməlidir: 

"Valideynlərin də media savadlılığı olmalı, sosial mediadan düzgün istifadə etməyi bacarmalıdırlar. Onların özlərinin də maarifləndirilməyə ehtiyacı var. Bütün məsuliyyəti uşaqların üzərinə qoymaq olmaz. Sosial şəbəkələrdə bayağı və qeyri-etik məzmunlar tez-tez qarşımıza çıxır. Uşaqlar bu cür kontentlərə baxdıqda mənfi təsir altına düşürlər. Onlar gördükləri mənfi fenomenləri özlərinə nümunə və ya qəhrəman kimi qəbul edir, onlara bənzəməyə çalışırlar. TikTok-da valideynlər belə mənfi məzmunlara baxırlarsa, uşaqlardan nə gözləyə bilərik?”.

O bildirib ki, uşaqlara düzgün nəzarət olunması vacibdir:

"Artıq sosial mediada qeyri-etik paylaşımlar edən şəxslərlə bağlı tədbirlər görülür və bu, hüquqi məsuliyyət yaradır. Düşünürəm ki, bundan sonra maarifləndirmə işləri daha çox olmalıdır. Uşaqlara düzgün nəzarət olunması vacibdir”.
 
OXŞAR XƏBƏRLƏR