Hacıqabulda ağır qəza: piyada öldü

Hacıqabulda ağır qəza: piyada öldü
SOSİAL
17:42 11.07.2019
6772
Hacıqabul rayonunun Muğan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, iyulun 10-da saat 4 radələrində Hacıqabul rayonunun Muğan kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Cavanşir Qəmbərov vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR