Hadı Rəcəbli Əli Kərimlini əsl müxalifətçi kimi tanıyıraz
Bütün Xəbərlər
11:50 05.09.2012
1039
"Gündəlik Teleqraf" qəzetinin bugünkü sayına geniş müsahibə verən millət vəkili Hadı Rəcəbli bir sıra məsələlərlə yanaşı ölkənin siyasi gündəmində müzakirə olunan əsas mövzuya da toxunub.Millət vəkili müxalifətin vahid namizədinin kim olmasına dair öz baxışlarını açıqlayarkən deyib: "Şəxsən mən həmin iddialı və ambisiyalı insanların içərisində, İsa Qəmbəri tamamilə rədd edib, müxalifət nümayəndəsi kimi Əli Kərimlini prezidentliyə namizəd olaraq, daha şanslı görürəm". Bununla belə, millət vəkili qeyd edib ki, Əli Kərimlini də bu gün prezidentliyə namizəd kimi təsəvvür etmir: "O, belə demək mümkünsə, prinsipial müxalif mövqedədir, bəzən görürsən ki, ədalətsiz olur, amma bütövlükdə mən onu müxalifət kimi tanıyıram və qəbul edirəm."