Hadı Rəcəblinin misal çəkdiyi Balabəy müəllim danışdı

Hadı Rəcəblinin misal çəkdiyi Balabəy müəllim danışdı
Bütün Xəbərlər
15:54 14.03.2015
2878
“Ustalıqla dolanmaq olur, amma müəllimliklə yox”.
Mən indi tikinti işində işləyirəm. Daha müəllimlik etmirəm. Məni biabır edəcəklər.
AZXEBER,COM xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında adı Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin iki gündür müzakirə olunan müsahibəsində çəkilən, Lənkəranın Veravul kənd orta məktəbinin müəllimi Balabəy Qurbanov deyib.
B.Qurbanov Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdiyini və uzun müddət Veravul kənd orta məktəbində coğrafiya müəllimi işlədiyini dedi. Əlavə etdi ki, hazırda məktəbdə işləmir. Lakin o, müəllimlikdən nə vaxt uzaqlaşdığını açıqlamaq istəmədi.
B.Qurbanov yalnız onu dedi ki, hazırda tikintidə usta işləyir:
“Hazırda Lənkəranda tikintidə işləyirəm. Bax, elə indicə - sizinlə danışdığım bu dəqiqələrdə əlimdə işim var, divar hörürəm. Bir neçə günlük işim qalıb”.
Deputat Hadı Rəcəblinin müsahibəsindən xəbərdar olduğunu deyən B.Qurbanov adının həmyerlisinin açıqlamasında çəkilməsinə belə münasibət bildirdi:
“Elə Hadı müəllimin həngaməsidir ki, mənim başıma gəlib də. Bunlar məni biabır edəcəklər ki...” (gülür).
B.Qurbanov məktəbdən çıxmasının səbəbini belə izah edir:
“Müəllim 250-300 manat maaş alır. İş yoldaşlarım var ki, 400 manat alır. Mənə izah edin görüm, bu məbləğlə ailə dolandırmaq olarmı? Kənd yerində vəziyyət çox çətindir. Bir qohum toyuna gedəndə bütün maaşın ora gedir”.
Balabəy müəllim bir neçə ixtisas sahibi olduğunu da söyləyir:
“Mən həm də traktorçuyam, amma bənnalıq, hörgü işlərini də bacarıram. Aşpazlığı da necə lazımdır bacarıram. Bunları Lənkərandakı peşə məktəbində öyrənmişəm. Kiminsə əlinə baxıb öyrənməmişəm. Əlimdə sənədim var. Ustalıqla dolanmaq olur, amma müəllimliklə yox. Ustalıqla çörəkpulu qazanmaq olur. Həm də gecə rahat yata bilirsən”.
Balabəy müəllim deputat H.Rəcəbli ilə şəxsən tanış olub-olmaması barədəki sualı belə cavablandırdı:
“Hadı müəllim kəndimizə gələndə görüşürük. Aramızda salaməleyk var”.
Xatırladaq ki, Hadı Rəcəbli müsahibəsində 150-200 manat maaşla dolana bilməyən müəllimlərin işdən sonra fəhləlik edə biləcəyi, hörgü işində işləyə biləcəyi haqda fikirlər səsləndirmişdi.
Hadı Rəcəblinin dediklərindən sitat:
“Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır.
Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama