Hafkanın klubu əlindən alınır

Hafkanın klubu əlindən alınır
Bütün Xəbərlər
14:57 05.09.2014
1131

Ekstravaqant azərbaycanlı oliqarx, nəqliyyat naziri Ziya Məmmədovun keçmiş ortağı, “Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədovun başı ciddi dərdə girib. 

AZXEBER.COM "Virtualaz.org" saytına istinadən məlumat verir ki,  az əvvəl İngiltərənin ikinci liqada oynayan “Sheffield Wednesday” klubunun sahibi və prezidenti, serb əsili iş adamı Milan Mandariç klubun H.Məmmədova satılmasına dair bu ilin may ayında bağlanmış müqavilənin qüvvədən düşdüyünü elan edib. M.Mandariç bəyan edib ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün H.Məmmədova qarşı məhkəmə iddiası qaldırır.

M.Mandariçin bu bəyanatını ildırım sürəti ilə aparıcı Avropa KİV-ləri tirajlamaqdadır. İngilis klubunun prezidenti bəyan edib ki, müqavilənin qüvvədən düşməsinə səbəb H.Məmmədovun “Sheffield Wednesday”in səhmlərinin 100 faizi üçün 40 milyon funt-sterlinq (təxminən 50 milyon avro) vəsaiti ödəmək iqtidarında olmamasıdır.

Mayın sonlarında bağlanmış müqavilə həmin andan qüvvəyə minirdi və H.Məmmədov klubun səhmlərinin alınması üçün M.Mandariçə 50 milyon avro ödəməli idi. M.Mandariç müqaviləni hələ ötən ay pozmağa hazır olduqlarını, lakin Məmmədovla danışıqları son ana qədər davam etdirdiklərini bildirib.

M.Mandariç bəyan edib: “Təəssüf ki, müqavilənin bağlanmasından bu yana Məmmədovla və onun nümayəndələri ilə işləməyimizə baxmayaraq o, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmək iqtidarında olmayıb. Bura həm klubun səhmlərinin alınması, həm sponsor razılaşması öhdəlikləri daxildir”.

M.Mandariç bildirib ki, klubun Məmmədova satılmasına dair müqavilə imzalananda azarkeşlər sevinmişdi. Onlar inanırdı ki, bu sövdələşmə klub üçün yeni imkanlar açır.

“Lakin onlar prosesin başa çatdırılması üçün əlavə vaxt istəməyim barədə qərarımdan çox məyus oldular. Bu dövrdə mən biznesi idarə etməkdə və klubun cari maliyyə problemlərini həll etməkdə davam etdim. Tərəfdarlarımız gördülər ki, biz sponsor razılaşmasına əməl edirik və üzərində “Land of Fire Azerbaijan” yazılmış yeni köynəkləri fəxrlə geyinirik” - deyə M.Mandariç bildirib.

“Mən cənab Məmmədovun Azərbaycanda üzləşdiyi çətinlikləri çox tezliklə aradan qaldıracağına ümid etsəm də klubun adı ətrafında spekulyasiyaların davam etməsinə imkan verə bilmərəm və hüquq məsləhətçilərimdən onların zəruri hesab etdiyi məhkəmə iddiasını qaldırmağı xahiş etmişəm” - M.Mandariç əlavə edib.

Klub prezidenti deyib ki, o, səhmlərin satılması üçün yeni tərəfdaş axtaracaq.

Britaniya mətbuatı xatırladır ki, H.Məmmədovun Fransada aldığı “Lans” klubu da böhran içindədir və azərbaycanlı oliarx klubun büdcəsinə heç bir vəsait ödəmək iqtidarında deyil. Bu üzdən “Lans”a futbolçu transferi qadağan edilib.

Xatırladaq ki,, H.Məmmədov hazırda müflis vəziyyətdədir və borc içində batır. Göründüyü kimi, “Hafka”nın müflis durumda olduğu halda ingilis klubunu almaq barədə müqavilə bağlaması onun başını ciddi dərdə salıb. İndi o, məhkəmə qarşısında cavab verməli olacaq.

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Xəyal edilməyəni siz real etdiniz”
19:43 09.08.2025
“Xəyal edilməyəni siz real etdiniz”
Ağdaşda 35 yaşlı kişinin faciəli ölümünün TƏFƏRRÜATI
19:28 09.08.2025
Ağdaşda 35 yaşlı kişinin faciəli ölümünün TƏFƏRRÜATI
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
19:13 09.08.2025
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
Hakan Fidan: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək
19:01 09.08.2025
Hakan Fidan: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
18:45 09.08.2025
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
18:26 09.08.2025
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
18:21 09.08.2025
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
18:11 09.08.2025
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
18:06 09.08.2025
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb