Haker hücumları davam edir: 'Trend'in də saytı vuruldu

Haker hücumları davam edir:
Bütün Xəbərlər
16:00 16.01.2012
1700
Bu gün Trend informasiya agentliyinin rəsmi saytı (trend.az) haker hücumuna məruz qalıb.
AZXEBER.COM-un məlumatına görə, Saytda əvvləcə Azərbaycan- İsrail münasibətləri ilə bağlı tənqidi fikirlər yerləşdirilib, İsrail bayrağının şəkli qoyulub, hicabın vacibliyi vurğulanıb. Saytda "Hacked by AzerianCyberarmy" sözləri də yerləşdirilmişdi. Daha sonra isə sayta giriş mümkün olmayıb.Xatırladaq ki, bu gün həmçinin hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytı (yap.org.az), Azərbaycan Konstitusiya Məhkəməsinin rəsmi saytı (www.constcourt.gov.az) və Rabitə və İnformasiya Nazirliyinin Məlumat-İnformasiya Mərkəzinin (rabita.az) saytı da hakerlər tərəfindən dağıdılıb.Təxminən oxşar ifadələr YAP-ın saytında da yerləşdirilmişdi.Bütün saytlara giriş mümkün deyil.
OXŞAR XƏBƏRLƏR