Gözləri görməyən Zeynəb televiziyada aparıcılıq edir
Gözləri görmür... Ancaq istedadı, yaxşı duyumu, əla yaddaşı və şirin dili ilə tamaşaçıların diqqətini çəkir.Xezerxeber.com yazır ki, körpə yaşlarından dünya işıgına həsrət qalan Mingəçevir sakini 23 yaşlı Zeynəb gözü görmədiyinə görə çəkilib bir kənarda oturmayıb. Daha çox çalışıb, istəklərinə nail olmağa çan atıb. Onun ən böyük arzularından biri də televiziyaların birində aparıcılıq etmək idi ki, buna da nail olub.Yevlaxın El televizisiyasında çalışan Zeynəb həmkarı ilə də yaxşı anlaşır.Həm də şeir yazan Zeynəbin "Qəlbimin səsi" adlı kitabı və "Sehrlər toplusu duyğularım" adlı diski işıq üzü görüb.