Gəmiricilər vasitəsilə yayılan "hantavirus” infeksiyası ilə bağlı yeni məlumatlar açıqlanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, virus insandan insana keçmir.
Virus əsasən gəmiricilərin ifrazatları və yuvaları ilə təmas zamanı havaya qalxan hissəciklərin tənəffüsü, çirklənmiş qidaların qəbulu, eləcə də yoluxmuş səthlərə toxunma nəticəsində insanlara keçir. Həmçinin gəmirici dişləməsi və ya cızması da yoluxma riskini artırır.
Qeyd olunur ki, "hantavirus” adətən insandan insana asanlıqla ötürülmür. Bununla belə, mövcud hadisə ilə bağlı vəziyyət diqqətlə izlənilir.
Şahanə











































