"Hardan bilə bilərəm ki, kimin kimə nə qədər borcu var?!"

"Hardan bilə bilərəm ki, kimin kimə nə qədər borcu var?!"
Bütün Xəbərlər
13:34 06.08.2014
1078

Mahir Aslanov: “Öz işlərimlə məşğulam, hardan bilə bilərəm ki, kimin kimə nə qədər borcu var?!”

Dünən mətbuatda bir müddət əvvəl rəhbərliyində dəyişikliklər aparılan “Bank of Azerbaijan”ın kimə satılacağı məsələsi yenidən gündəmə gəlib. Məsələ ilə bağlı bir sıra informasiya portallarında bankın hazırkı İdarə Heyətinin sədri Məhəmmədəli Aslanovun atası millət vəkili Mahir Aslanovun açıqlaması yayılıb. Açıqlamada M.Aslanovun onun bankı alacağı ilə bağlı suala cavab olaraq, bu bankı almadığını və “Bank of Azerbaijan”ın 700 milyon borcu olduğunu dediyi iddia olunur.

Məsələ ilə bağlı Editor.az deputatla yenidən əlaqə saxlayıb. Mahir Aslanov adından yayılan açıqlamanı təkzib edib: “Mən belə bir açıqlama verməmişəm. Öz işlərimlə məşğulam, hardan bilə bilərəm ki, kimin kimə nə qədər borcu var?! Jurnalist mənə zəng etdi və mən sadəcə dedim ki, hər hansı bank almaqdan söhbət gedə bilməz. Oğlum əvvəl başqa yerdə işləyirdi, indi isə bu bankda çalışır. Adımdan belə doğru olmayan açıqlamanın yayılmasına təəssüf edirəm”.

OXŞAR XƏBƏRLƏR