Aprelin 10-da havanın maksimal temperaturu Bakıda 31,5 dərəcə isti təşkil edib ki, bununla da 1956-cı ildəki sutkalıq rekord göstərici (24,5 dərəcə) yenilənib. Bu barədə AZXEBER.COM-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumata görə, aprelin 12-də isə Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz hava şəraiti hökm sürəcək. Səhər bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.