Hava bu tarixdən dəyişir - Yağış yağacaq, şimşək çaxacaq

Hava bu tarixdən dəyişir - Yağış yağacaq, şimşək çaxacaq
SOSİAL
13:05 15.09.2026
437
Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman müşahidə olunacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 18-22, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısından bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahidə olunacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 22-27 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR