Hava şəraiti Antalyada "Neftçi"yə mane oldu

İDMAN
18:30 11.01.2022
114
"Neftçi” klubu təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

AZXEBER.COM paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Türkiyənin Antalya şəhərindəki əlverişsiz hava şəraiti səbəbindən ilk məşq trenajor zalında baş tutub və müxtəlif fiziki təmrinlər yerinə yetirilib.

Hazırlıq axşam məşqi ilə davam edəcək.

Qeyd edək ki, "Neftçi" yanvarın 25-dək Antalyada olacaq. Manavqat qəsəbəsindəki "The Sense De Luxe” otelində məskunlaşan komanda yanvarın 14-də Macarıstanın "Kişvarda”, yanvarın 19-da Polşanın "Visla” (Plotsk) klubu, yanvarın 24-də isə Bolqarıstanın "MOİK 1948" komandası ilə üz-üzə gələcək.

OXŞAR XƏBƏRLƏR