Bunu Pirogov adına Rusiya Milli Tibbi Tədqiqat Universitetinin dosenti Tatyana Pinçuk Gazeta.ru nəşrinə müsahibəsində deyib.
"Anomal istilər yalnız narahatlıq mənbəyi deyil, sağlamlıq üçün birbaşa təhlükədir. Qəfil hava soyuması isə orqanizmdə ciddi stres yaradır və buna etinasız yanaşmaq olmaz", - deyə mütəxəssis qeyd edib.
- Ümumi ölüm hallarını 0.8% artırır;
- Ürək-damar xəstəlikləri ilə bağlı təcili yardım və reanimasiyaya müraciətlərin sayını 3.6% çoxaldır;
- İnsult zamanı ölüm faizini 5%-ə çatdırır;
Həkimin sözlərinə görə, kəskin hava dəyişikliklərindən sonra xəstələrin əksəriyyəti müxtəlif ağrılardan şikayətlənirlər ki, bu da bədənin təbii fizioloji reaksiyasıdır.
"2016-cı ildə heyvanlar üzərində aparılan sınaqlar sübut edib ki, bədənin qəflətən soyuması zamanı əsas virusəleyhinə sitokinlərin səviyyəsi enir və anadangəlmə immunitet reseptorlarının fəaliyyəti zəifləyir. Eyni zamanda, stres hormonları olan adrenalin və adrenokortikotrop hormonunun miqdarı çoxalır. Nəticədə hüceyrə səviyyəsində immunitet zəifləyir və virus infeksiyalarına yoluxma ehtimalı artır", - deyə həkim vurğulayıb.
Mütəxəssis isti havalarda qorunmaq üçün saat 11:00-dan 16:00-dək açıq havada olmaqdan çəkinməyi, susuzluq hiss etmədən su içməyi, kondisioner və ya ventilyatordan istifadə etməyi məsləhət görür. Xüsusilə gecəni sərin mühitdə keçirmək orqanizmin bərpası üçün çox vacibdir.
/Oxu.az











































