Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı

Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
SOSİAL
11:50 08.12.2019
7052
Moskvada iri ticarət mərkəzlərinin sahibi, Azərbaycanın Quba rayonundan olan yəhudi əsilli milyarder Gennadi (Roman) Manaşirov cəzasını çəkmək üçün Rusiyanın ən sərt rejimli həbsxanalarından birinə göndərilib.

AZXEBER.COM virtualaz.org-a istinadən xəbər verir ki, Manaşirov həbs cəzasını Mordoviyanın Petrozavodsk şəhərindəki 9 saylı islah-əmək düşərgəsində çəkəcək. Bu, Rusiyada məhbuslara qarşı sistemli işgəncələrin tətbiq edilməsi ilə tanınan həbsxanadır.

Xəbər verilir ki, milyarderi noyabrın sonlarında həbsxanaya köçürüblər. O, 12 il həbs cəzası alıb. Manaşirov hüquq-mühafizə orqanlarının əməkdaşlarına rüşvət verməkdə təqsirli bilinib.

Xatırladaq ki, Roman Manaşirov 2015-ci ilin payızında istintaqa rüşvət verdiyinə görə həbs edilib. O, vyetnamlıları qul kimi işlətməkdə ittiham edilərək həbs olunan Januko Rafalovu həbsdən çıxarmaq üçün rüşvət vermişdi. Januko Rafailov da Qırmızı qəsəbədəndir, habelə Manaşirovla yaxın münasibətlərə malikdir. 2016-cı ilinyazında isə onun qardaşı Solomon Manaşirova qarşı cinayət işi qaldırlıb. Lakin o daha cəld tərpənərək Rusiyadan qaçıb.

Belə məlumatlar var ki, əslində Manaşirov qardaşlarının sıradan çıxarılmasının səbəbi onların bizneslərini əllərindən almaq məqsədi güdürdü. Rusiya biznes mediası bir müddət əvvəl Manaşirovların "Columbus" ticarət mərkəzinin satışa çıxarıldığını yazmışdı. haqda xəbərlər var. Görünür kimlərsə Manaşirov qardaşlarının əmlakını ucuz qiymətə ələ keçirmək istəyir

Sahibləri "Columbus" ticrət mərkəzinə 500 milyon dollar qiymət qoyublar. Obyektin bazar dəyəri isə təxminən 400 milyon dollardır. Obyekti almağa "Morgan Stanley" bankı maraq göstərir.

Daha sonra FTX Manaşirov qardaşlarına qarşı yeni ittihamlar irəli sürüb. Federal Təhlükəsizlik Xidmətinin müstəntiqləri bir neçə il əvvəl həbs edilən kriminal avtoritet "Şakro Molodoy"un (Zaxari Kalaşov) Roman və Solomon Manaşirov qardaşlarına "krışalıq" etdiyini, onların formalaşdırdıqları mütəşəkkil qruplaşmanın güc qanadı olduğu qənaətinə gəliblər.

FTX əmindir ki, Rusiya İstintaq Komitəsinin bir sıra korrupsioner müstəntiqləri "Şakro Molodoy"la əlbir olub. Öz növbəsində "Şakro Molodoy" Moskvadakı "Şirvan qruplaşması"nın liderləri hesab olunan Roman və Solomon Manaşirovlarla bağlıdır, onların "krışası" və bir növ güc qanadı idi.

Bildirilir ki, Manaşirovlar iri biznesmenlərə əvvəl problem yaradır, sonra isə problemi həll edirmiş. "DİN və İstintaq Komitəsindən olan güc strukturları əməkdaşlarının köməyi ilə biznesmenlərə qarşı yoxlamalar təşkil olunurdu, yaxud onlara qarşı cinayət işləri qaldırılırdı. Güc strukturlarının əməkdaşları bundan sonra biznesmenləri həbs edirdi, sonra Manaşirovlar onlarla əlaqəyə girirdi və kömək təklif edirdi. Problemi pulla həll edə biləcəyini deyirdi. Qalanı isə ancaq texniki iş idi. Manaşirovlar deyirdi ki, onların DİN və İstintaq Komitəsində güclü əlaqələri var, iri məbləğdə rüşvət verib məsələni həll etmək olar"-FTX-dəki mənbə deyib.

Əgər Manaşirovların partnyorlarla hansısa münaqişəsi yaranırdısa və qurban təklif olunan məbləği ödəmək istəmirdisə, problemi güc strukturlarındakı tanışların köməyi ilə həll etmək mümkün olmurdusa işə "Şakro" qarışırdı.

Manaşirov qardaşlarının bütün əmlakına həbs qoyulub və Romanın barəsində çıxarılmış həbs qətimkan tədbiri hər dəfə uzadılır, istintaq bitmək bilmirdi.

Nəhayət Manaşirovun işi məhkəməyə göndərilib və məhkəmə onun barəsində bir neçə epizoda baxıb. Təqsirləndirilən milyarder sonda Januko Rafailovun işini yüngülləşdirmək üçün 10 milyon rubl rüşvət verməkdə təqsirli bilinib. Habelə məhkəmə Manaşirovun öz rəqiblərini qorxutmaq üçün polisləri rüşvətlə əl almaqda günahkar kimi tanıyıb. Daha bir rüşvət epizodu isə Manaşirova qarşı Lefortovo təcridxanasında irəli sürülüb. Milyarder telefonla danışa bilmək üçün nəzarətçiyə 300 min rubl rüşvət verməkdə təqsirləndirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail şirkəti Bundestaqı süni intellekt vasitəsilə dronlardan qorumağı təklif edib
23:45 10.11.2026
İsrail şirkəti Bundestaqı süni intellekt vasitəsilə dronlardan qorumağı təklif edib
Yaraqlılar tərəfindən öldürülən 40 nəfərin meyiti aşkarlanıb
23:33 10.11.2026
Yaraqlılar tərəfindən öldürülən 40 nəfərin meyiti aşkarlanıb
Tehrandan Qətər görüşü ilə bağlı təkzib: "Yalandır, heç bir danışıq aparmırıq"
23:23 10.11.2026
Tehrandan Qətər görüşü ilə bağlı təkzib: "Yalandır, heç bir danışıq aparmırıq"
Böyük Britaniyada daha 650 məhbus vaxtından əvvəl azadlığa buraxılır
23:15 10.11.2026
Böyük Britaniyada daha 650 məhbus vaxtından əvvəl azadlığa buraxılır
BEA ilə Azərbaycan arasında qlobal enerji məsələləri müzakirə edilib
23:01 10.11.2026
BEA ilə Azərbaycan arasında qlobal enerji məsələləri müzakirə edilib
Niderland hökuməti fikir ayrılıqlarına görə istefaya gedə bilər
22:50 10.11.2026
Niderland hökuməti fikir ayrılıqlarına görə istefaya gedə bilər
Məsələ heç də İranla bağlı deyil - Vens
22:38 10.11.2026
Məsələ heç də İranla bağlı deyil - Vens
Gürcüstan və Özbəkistan prezidentləri Orta Dəhlizin inkişafını müzakirə ediblər
22:29 10.11.2026
Gürcüstan və Özbəkistan prezidentləri Orta Dəhlizin inkişafını müzakirə ediblər
Sibiqa: Ukrayna Qara dənizdə və enerji sektorunda Rusiyaya atəşkəs təklif edib
22:23 10.11.2026
Sibiqa: Ukrayna Qara dənizdə və enerji sektorunda Rusiyaya atəşkəs təklif edib
Qubada ağır qəzada ölən gəncin fotosu
22:13 10.11.2026
Qubada ağır qəzada ölən gəncin fotosu
İnfantino Trampla əlaqələrinə görə ifadə verməyə çağırıla bilər
22:06 10.11.2026
İnfantino Trampla əlaqələrinə görə ifadə verməyə çağırıla bilər
ABŞ Energetika Nazirliyi 2026-cı il üçün "Brent"in qiymət proqnozunu artırıb
21:56 10.11.2026
ABŞ Energetika Nazirliyi 2026-cı il üçün "Brent"in qiymət proqnozunu artırıb
ESM: Britaniyalılar müharibə ehtimalına görə ərzaq alışını artırıblar
21:51 10.11.2026
ESM: Britaniyalılar müharibə ehtimalına görə ərzaq alışını artırıblar
Zelenski Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarını şərh etdi
21:42 10.11.2026
Zelenski Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarını şərh etdi
Ukrayna Polşaya antidron texnologiyaları verəcək
21:39 10.11.2026
Ukrayna Polşaya antidron texnologiyaları verəcək
Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu
21:28 10.11.2026
Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu