“Həkimlər aylıq 150-170 min alırdı” - “Dərman mafiyası” işindən

“Həkimlər aylıq 150-170 min alırdı” - “Dərman mafiyası” işindən
SOSİAL
21:52 02.03.2019
6479

Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sabiq rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədlinin məhkəməsi keçirilib. 

AZXEBER.COM-un Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə təqsirləndirilən Fərman Məmmədli ifadə verərək özünü təqsirli bilmədiyini deyib. O deyib ki, bütün işçilər rəsmi maaşdan əlavə paket alıblar: "Mərkəzi Gömrük Hospitalı komitənin Tibbi Xidmət İdarəsinin nəzdində idi. Hospitalda da xəstələrə verilən yeməyin çeşidinə qədər idarənin rəisi F.Qədiməliyev müəyyənləşdirirdi. İstərsə idarədə, istərsə də hospitalda süpürgəçidən tutmuş, idarə rəisinə qədər hamı rəsmi maaşdan əlavə, paket də alırdı. Həkimlər vardı ki, aylıq aldığı pul 150-170 minə çıxırdı. Plastik cərrrah 120-130 min alırdı”. 

Müavin F.Məmmədli bildirib ki, bütün işlərə rəisi F.Qədiməliyev nəzarət edib: "İttihamda yazılıb ki, 15 milyonluq mənimsəmə olub. Orada Fikrət müəllimin icazəsi olmadan bir stol bu otaqdan başqa otağa keçirilə bilməzdi, qalmışdı pul mənimsəmək olsun. Orada sistem elə qurulmuşdu ki, kimsə gəlib desə ki, mən pul yemişəm, inanmaram, çünki mümkün deyildi. Fikrət müəllim hər şeyə nəzarət edirdi. Hospital maliyyə baxımından iki hissəyə bölünürdü, büdcədən maliyyələşən hissə və təsərrüfat hesablı hissə. Orada ikili mühasibatlıq vardı, gündəlik daxil olan bütün vəsaitlər, xəstələr sistemdə qeydiyyata alınırdı, ertəsi gün səhər Fikrət müəllim şəxsən müqayisə aparır, nə qədər rəsmiləşdirilməlidir, nə qədər yox – buna qərar verirdi. Həkimlərin işə qəbulu da razılaşma əsasında olurdu. Eləsi var, 50/50-yə, eləsi var, 40/60 faizlə işləyirdi. Şərtlər razılaşdırılıb yazılırdı, Fikrət müəllim imza atırdı, amma o sənədlər rəsmi sənədlər olmurdu. Elə həkimlər vardı ki, həm faiz alırdılar, həm də əlavə paket. 

 

Həkimlər çox böyük pullar alırdılar, maaşda bir manatları səhv çıxan kimi, aləmi bir-birinə qatırdılar”. 

F.Məmmədli daha sonra özünün və general Qədiməliyevin aylıq qazancından danışıb: "Rəsmi maaşım çox aşağı idi, paketin məbləği isə 5 min 500 manat idi. Fikrət müəllimin aylıq maaşı 28 min 300 manat idi və nəğd hissədən 20 faiz alırdı. Hospitalın girişindəki aptek, yeməkxana, bir də satış birbaşa ona baxırdı. Oradan gələn bütün pullar şəxsən ona təqdim olunurdu. Özü demişdi ki, "bu üçü bizim deyil”. Kimindir, onu da bilmirəm. Pullar ona verilirdi, daha bilmirəm ki, o da kiməsə verirdi, yoxsa yox”. 

F.Məmmədli bu işə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general Sadiq Abdiyevin cəlb olunmamasından narazılıq edib: 

"Gömrük Hospitalı üçün xaricdən gətirilən dərmanlar gömrükdən qeyri-qanuni yollarla keçirilir, bəyannamələr dəyişdirilirdi. Məsələn, dərman gətirildiyi halda, sənəddə uşaq bezi yazılırdı. Respublikada nə iləsə bağlı müəyyən problemlər yaşananda gömrükdə də nəzarət gücləndirildi. Bizim malları da saxlamışdılar. Mən Fikrət müəllimə dedim. Bir gün Fikrət müəllimin köməkçisi zəng eləyib, məni onun otağına çağırdı. Gedəndə gördüm ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abdiyev də ordadır. Sadiq Abdiyev dedi ki, "bundan sonra gələn malların üstünə "pamperslər” qoyun, altda öz mallarınız. Nəsə lazım olsa, köməkçim Araza yaxınlaşıb deyərsiz, yenə həll olunmasa, özümə deyərsiz. Dərmanlar gömrükdən qanunsuz keçirildiyi halda, bəs niyə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general Sadiq Abdiyev məsuliyyətdən kənarda qalıb? İşçilərinə də ancaq səhlənkarlıq ittihamı verilib. Bizə isə qaçaqmalçılıq. Niyə?”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir