“Hələ də Vaqif İbrahimoğlunun nəfəsini çiynimdə hiss edirəm” – FOTO MÜSAHİBƏ

“Hələ də Vaqif İbrahimoğlunun nəfəsini çiynimdə hiss edirəm” – FOTO MÜSAHİBƏ
GƏNCLİK
22:17 22.10.2011
2586

Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir. Festivalın informasiya partnyoru AZXEBER.COM portalı paytaxtdan festivala qatılan truppaların təlim-məşq toplantılarından müsahibələrtəqdim etməkdə davam edir. Bu səfər isə, “Həqiqət axtaışında” pyesini səhnələşdirən, gənclərindən təşkil edilmiş truppanı ziyarət etdik. Truppanın quruluşçu rejissoru ilə söhbətimizdən belə aydın oldu ki, pyes üzərində artıq işlər başa çatıb və tamaşanın hazırlıq işləri davam etdirilir.

AZXEBER.COM portalı “Həqiqət axtarışında” pyesinin quruluşçu rejissoru Ərtoğrul Kamalovun müsahibəsini olduğu kimi təqdim edir.

Özünü oxucularımıza təqdim et.

Ərtoğrul Kamalov - Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsi. Hazırda “Yuğ” teatrının aktyoru və rejissor assistenti kimi fəaliyyət göstərirəm. İncəsənətə marağım məktəb illərindən yaranmışdı. Hər zaman məktəb tədbirlərində mümkün qədər fəal iştirak etməyə çalışırdım. Daha sonra universitetə daxil oldum. Hazırda da onun bizə miras qoyub getdiyi o xətlə fəaliyyətimi davam etdirməyə çalışıram.

Necə oldu ki, festivala qoşulmaq qərarına gəldin?

İnternetdə festivalla bağlı məlumatı gördüm və zəng etdim. Daha sonra müraciət etdim və mənə bir müddət sonra əlaqə saxlayacaqlarını söylədilər. Elə də oldu, əlaqə saxladılar və mənə festivala təqdim edilmiş ssenariləri göstərdilər. Mən də onlar arasından Təranə xanımın yazdığı “Həqiqət axtarışında” pyesini seçdim.

Niyə məhz “Həqiqət axtarışında" pyesini seçdin?

Bu pyesin ümumi məzmunu mənim diqqətimi çəkdi, düşündüm ki, bu pyesdən daha böyük iş ortaya çıxarmaq mümkdür. Seçimimdən isə peşman deyiləm.

Qeyd etdin ki, 4-cü kurs tələbəsisən. Maraqlıdır, niyə məhz ilk fəaliyyətinə “Yuğ”da başladın?

Çətin işi görmək də insanda bir başqa maraq oyadır. Düzgün qeyd etdiniz ki, Yuğ teatrı çətindir. Çünki burada aktyorlar dramaturgiyanın əsirinə çevrilmirlər. Yuğun fəlsəfəsi hər zaman insanlarda maraq doğurub. Ancaq mən təkcə Yuğ teatrında fəaliyyət göstərmirəm. Eyni zamanda Akademik Milli Dram teatrında da müqavilə ilə Vaqif İbrahimoğlunun səhnələşdirdiyi “Tülkü, tülkü, tünbəki” tamaşasında çıxış edirəm.

“Həqiqət axtarışında” pyesi üzərində hansı dəyişiklikləri etdin?

Əvvəlcə məlumat verim ki, bu pyes 1990-cı il, 20 yanvar hadisələrinə həsr edilib. Larisa adlı bir qızın həyatı burada ön plana çəkilib. Etiraf edim ki, əsərdə xüsusi bir fəlsəfə var. Pyesdə Larisanın ruhunun bütün şəhəri dolaşması və ölümünə inanmaması və sonda bütün hadisələrin gerçəkliyinə inanması əsas sujet xəttidir. Bu pyesə mən səhnəni iki hissəyə ayırdım. Birinci hissədə 1990-cı il, 20 yanvar gecəsinin təsvirini, digər bir yandan isə müasir dövrdəki 20 yanvar günlərinin təsvirini verdim.

Bu tamaşanı Yuğ fəlsəfəsinə uyğun hazırlamısan?

Xeyr, tamaşa Yuğ formatında deyil.

Bəs bunun səbəb nədir?

Çünki Yuğ formatına uyğun tamaşa hazırlamaq üçün Yuğun fəlsəfəsini anlayan aktyorlarla işləmək lazımdır. Buna baxmayaraq tamaşa bildiyimiz klassik formada deyil, bir az qeyri-adi formada qoyulacaq.

Qeyri-adilik deyərkən konkret nəyi nəzərdə tutursan?

Tamaşa elə bir formada hazırlanacaq ki, onu daha çox xaricdə bu formada hazırlayırlar.

Azərbaycanda bu günə qədər sənin dediyin kimi qeyri-adi formata malik tamaşa qoyulmayıb?

Xeyr, qoyulub, sadəcə, bu formatdan daha çox istifadə edilmir.

Sən bu pyesi götürməyib başqa bir pyesdən istifadə etsəydin, onu Yuğ formatına sala bilərdinmi?

İstənilən ssenarini Yuğ praktikasına uyğunlaşdırmaq mümkündür. Ancaq mən az öncə də qeyd etdim ki, bu ssenari tam ürəyimcədir. Seçimimin düzgün olduğunu, inşallah, festivalın sonunda hər kəs görəcək. Vaqif İbrahimoğlunun “əlindən su içdiyini” söylədin. Vaqif İbrahimoğlunun tələbəsi olmuş bir incəsənət nümayəndəsi kimi, onun sizə qoyub getdiyi mirası nədə görürsən?

Vaqif İbrahimoğlu bizə Yuğu qoyub getdi. Onun mirası mənəviyyatlılıqdır, insanlıqdır. Onun qoyub getdiyi miras bu gün Azərbaycanın dörd bir yanına səpələnmiş aktyor və rejissor heyətidir. Onun nəfəsi bu teatrda olmaya bilməz. Belə bir şey mümkün deyil. Mən hələ də Vaqif İbrahimoğlunun nəfəsini çiynimdə hiss edirəm. Onun varlığını duyuruq. Vaqif müəllimin “əlindən su içmiş” insanlar heç vaxt naxələf çıxa bilməz. O bizə nə qədər sənətlə bağlı sözlər söyləsə də, onun hər zaman söylədiyi bir fikir bizim üçün ən ali pillədə dururdu. O deyirdi ki, ilk növbədə şəxsiyyət və sonra sənət. İnsan heç vaxt şəxsiyyətini sənətinə qurban verməməlidir.

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
13:50 21.08.2026
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
13:35 21.08.2026
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
İnsanlar niyə yalan danışır?
13:28 21.08.2026
İnsanlar niyə yalan danışır?
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
13:20 21.08.2026
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
13:06 21.08.2026
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
Elektron sənəd qəbulunun müddəti uzadıldı
13:04 21.08.2026
Elektron sənəd qəbulunun müddəti uzadıldı
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
13:03 21.08.2026
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
Narkotiklə bağlı cinayət törədənlərin sayi
12:58 21.08.2026
Narkotiklə bağlı cinayət törədənlərin sayi
Çüdoçumuz dünya çempionu oldu
12:52 21.08.2026
Çüdoçumuz dünya çempionu oldu
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
12:46 21.08.2026
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib
12:39 21.08.2026
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib