Helikopter qəzasında yaralananlar “Baku TV” yə danışdılar – VİDEO

Helikopter qəzasında yaralananlar “Baku TV” yə danışdılar – VİDEO
SOSİAL
21:00 01.12.2021
415
Baku TV əməkdaşları noyabrın 30-u Qaraheybət aviasiya poliqonunda baş verən qəza zamanı yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov ilə danışıb. 

Polkovnik-leytenant Emil Cəfərov bildirib ki, sol qolunun bazu sümüyündə sınıq və topuğunda əziklər var. 

"Plana uyğun olaraq Qaraheybət aviasiya poliqonunda praktiki atışlı təlim-məşq uçuşları yerinə yetirməli idik. Buna görə də öz bazamızdan qalxaraq Qaraheybət aviasiya poliqonuna tərəf uçuş həyata keçirdik. Eniş yerinə yetirilərkən son anda qəza baş verdi”- deyə, o qeyd edib.

"Səhhətim stabildir, müayinələrim olunur. Üzümdə və sol dizimdə zədələr var”.

Bu sözləri kapitan Ramin Ədilov deyib. 

O həm də bildirib ki, Qaraheybət poliqonunda seçilmiş əraziyə eniş edərkən hadisə baş verib.

Daha ətraflı Baku TV-nin süjetində:
 


OXŞAR XƏBƏRLƏR