“Həmin video köhnədir, Ali Lider olmamışdan əvvəl çəkilib”

“Həmin video köhnədir, Ali Lider olmamışdan əvvəl çəkilib”
DÜNYA
15:52 09.08.2026
290
İranın Ali Lideri Müctəba Xameneinin mediada yayılan görüntüləri ilə bağlı yeni məlumat açıqlanıb.

TASS-a danışan İranlı mənbənin sözlərinə görə, görüntülər Müctəba Xameneinin Ali Lider vəzifəsinə təyin olunmasından əvvəl çəkilib.

Mənbə onun səhhətinin yaxşı olduğunu və ictimaiyyət qarşısına çıxmamasının əsas səbəbinin təhlükəsizlik narahatlıqları olduğunu bildirib.

"Bu, köhnə videodur. Ali Lider olmazdan əvvəl çəkilib”, - deyə mənbə TASS-a bildirib.

Qeyd edək ki, bundan əvvəl İranın "Mehr” xəbər agentliyi Müctəba Xameneinin bir qrup şəxslə söhbət etdiyi görüntüləri yayımlayıb. Videoda onun ətrafındakı şəxslərin Xameneini diqqətlə dinlədiyi görünür. Lakin görüntülərin harada və nə vaxt çəkildiyi barədə məlumat verilməyib.
 
//qafqazinfo 
OXŞAR XƏBƏRLƏR