Ucar rayonunda qətl hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə aprelin 1-də saat 17.00-da rayon mərkəzində qeydə alınıb.Nərimanov küçəsi, ev 65-də yaşayan, 1964-cü il təvəllüdlü Niftəliyev Mirağa Mirzəhüseyn oğlu münaqişə zəminində Heydər Əliyev küçəsi, ev 4-də yaşayan, 1967-ci il təvəllüdlü Şıxəliyev Elçin Şükür oğlunu 16 mm çaplı təklülə ov tüfəngi ilə ağzından güllələyərək qətlə yetirib. M. Niftəliyev saxlanılıb.Qətlin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.