"Hər şey bir anda baş verdi": Amalın öldüyü qəzanın şahidi danışdı - Video

"Hər şey bir anda baş verdi": Amalın öldüyü qəzanın şahidi danışdı - Video
SOSİAL
20:45 05.07.2026
299
Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan yol-nəqliyyat hadisəsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Hadisənin birbaşa şahidi olan Nurlan adlı şəxs qəzanın başvermə anı və mərhum Amalın idarə etdiyi avtomobilin sürəti barədə açıqlamalar verib.

AZXEBER.COM xəbər verir ki, videonu Amerikada yaşayan jurnalist Qənirə Ataşova öz sosial şəbəkə hesabında paylaşıb.

O, bildirir ki, hər nə qədər insan itkisi böyük bir ağrı olsa da, bu durum başqa bir şəxsin günahlandırılması üçün bəhanə ola bilməz:

"Heç bir ailənin acısı başqa bir ananın üzərinə oğullarının yol verdiyi səhvin məsuliyyətini yükləməyə haqq vermir. Bu işdə bütün faktlar ədalətlə, obyektiv və şəffaf araşdırılmalıdır. Heç kimin faciəsi başqa bir günahsız insanın taleyini sındırmaq üçün səbəb ola bilməz".

Həmin videonu təqdim edirik:

OXŞAR XƏBƏRLƏR