“Hər şey Vətən üçün!” layihəsi yekunlaşdı

“Hər şey Vətən üçün!” layihəsi yekunlaşdı
Bütün Xəbərlər
15:19 18.01.2016
1043
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Mahir İbrahimov Quba rayonunda icra edilən “Hər şey Vətən üçün!” layihəsi çərçivəsində sonuncu tədbir keçirilmişdir.
Tədbirdə layihə rəhbəri layihənin məqsədi və onun donoru olan Gənclər Fondu, bu gün respublikada prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən danışmışdır.
Mahir İbrahimov yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunun təbliğinin əhəmiyyətindən və vacibliyindən danışaraq şagirdləri bu mövzulara qarşı daha diqqətli və həssas olmağa çağırmışdır.
Tədbirdə çıxış edən ekspert bu gün respublikamızın hər bir region və bölgəsində vətənpərvərlik mövzusunun aktual olduğunu və bu mövzunun hər birimizin həyat amalı olduğunu demişdir. Şagirdlərə Azərbaycanın qəhrəmanlıq tarixindən məlumat verən ekspert 
Azərbaycan ordusunun bugünkü inkişafından, dövlətimizin qüdrəti və quruculuğundan danışmışdır.
Tədbirin sonunda şagirdlərə layihə çərçivəsində hazırlanan bukletlər paylanılıb və xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, layihənin məqsədi regionlarda gənclərin sağlam həyat tərzinə alışdırılması, hərbi-vətənpərvərlik ruhunun artırılması və ölkənin layiqli vətəndaşı kimi yetişdirilməsində ictimai dəstəyin formalaşdırılması olub.
OXŞAR XƏBƏRLƏR