Hər şeyi futbol üçün edən ölkə - Qətərdə keçən bir gün - FOTOLAR

Hər şeyi futbol üçün edən ölkə - Qətərdə keçən bir gün - FOTOLAR
ÖZƏL
17:18 29.11.2022
2090
Hacıbəy Heydərli
 
Qətərin dünya çempionatına 300 milyard dollar ayırdığını eşidəndə ağlıma gələn ilk fikir bu qədər pulun hara xərclənməsi idi. Bakıdan Dohaya yola düşəndə də bu fikir ağlımda idi, ta ki, Qətər Hava Yollarının təyyarəsinə minənə qədər. Təyyarədə "football is passion" (Futbol sevgidir, ehtirasdır) sözlərini görəndə anladım ki, Qətərdə bizi futbol möcüzəsi gözləyir. Çünki ölkədə təpədən dırnağa qədər hər kəs futbola fokuslanmışdı, bu da səbəbsiz deyil. Çünki Ərəb dünyasında ilk dəfə olaraq Futbol üzrə Dünya Çempionatı baş tuturdu və bu xoşbəxtlik Qətərə nəsib olmuşdu. Pula pul deməyən ölkədə sevgi və ehtiras  qarşısında 300 milyard heç nə imiş...
 


Qətərə enən kimi anladım ki, ərəblər sanki sıfırdan bir ölkə qurublar və bütün dünyaya qapılarını açıblar.

"Topaz" şirkətinin təşkilatçılığı ilə baş tutan səfərdə jurnalistlər, bloggerlər, influincerlər, ictimai xadimlər və TOPAZ məntəqələrinin rəhbərləri iştirak edirdi. Təşkilatçılar bütün detalları incəliyinə qədər düşünmüşdülər. "Caspian Tech" şirkətinin icraçı direktoru Vüsal Məmmədov təyyarədə olarkən qonaqları salamlayaraq, şirkətin ilk dəfə belə səfər təşkil etdiyini və davamlı olacağının anonsunu verdi: "Ümid edirəm ki, bu səfərdən xoş hisslərlə qayıdacağsınız". Şirkət rəhbərliyinin həyəcanı və səfərin uğurlu olması üçün əlindən gələni etdikləri isə gözlərindən hiss olunurdu, 90 nəfərlə eyni anda maraqlanmaq mümkün olmasa da, onların hər birini düşündükləri bəlli idi. Təyyarədə olarkən hər bir qonağa "poverbank" hədiyyə olunması isə onların istirahətləri üçün ən gözəl hədiyyə oldu, çünki bu tarixi anları lentə almaq üçün "poverbank" hər kəsə hava su kimi lazım idi". 

Bakıdan 3 saat 20 dəqiqəlik məsafədə olan Dohaya enən kimi payızdan yaya keçid etdik. Havanın isti olması, hər yerdə futbol ab-havası bizə böyük futbol bayramı vəd edirdi.

Doha aeroportun birbaşa Nüsrət restoranına yol alırıq, şəhərdə adam az olsa da, Nüsrətin qarşısında növbə diqqət çəkirdi. Bu növbəni 2 həftə öncə Londonda da müşahidə etmişdim, qardaş Türkiyənin dünyaya bəxş etdiyi ən böyük sərvətlərdən olan Nüsrətlə qarşılaşmaq, onunla selfi etmək də qismətdə var imiş. 90 nəfər azərbaycanlı bu restoranda nahar etdikdən sonra gəzintiyə çıxır. Bura da diqqətimi daha bir "fast-food" çəkir. Bu da qardaş Türkiyənin ən məşhur "fast-food"çusu CZN Burakın restoranıdır. Bu restoranın önündə də növbə var, rezervsiz heç kim içəri buraxılmır. Həmin ərazini tərk edərkən Türkiyə şirkətlərinin sahibi olduğu avtobuslar diqqətimi cəlb edir. Mən də belə bir təəssürat yaranır ki, dünya çempionatının keçirilməsində Qətərə ən çox dəstək verən ölkə elə qardaş Türkiyəmizdir.
 


Nüsrətdən birbaşa İspaniya - Almaniya matçının baş tutacağı Əl Beyt stadionuna gəlirik, stadion eynilə Bakıdakı Olimpiya stadionunu xatırladır, könüllülər sektoru tapmaqda yardımçı olur. Burada diqqəti cəlb edən məqam isə odur ki, dünya çempionatında çalışan gənclərin çoxu xarici ölkədən gələnlərdir. Məlumat verilir ki, Qətərdə baş tutan dünya çempionatında 100-ə yaxın azərbaycanlı da çalışır. Bu həmin gənclərdir ki, vaxtilə Bakıda baş tutan mötəbər yarışlarda könüllü olublar, təcrübəyə yiyələniblər. Bu gün isə dünya arenalarında söz sahibidirlər.
 
 

Stadion ətrafında Bəhram Bağırzadənin Azərbaycan bayrağı ilə dövrə vurması, iştirakçıların həyəcanlı anları lentə alması maraq doğurur. Daha sonra stadionda fəaliyyət göstərən "fan-zone"yə yola düşürük, burada pulsuz yeyib-içmək təşkil edilib və futbol azarkeşləri matç öncəsi burada toplaşıb. Maraqlı məqam isə o oldu ki, qonaqlara pivə də verilir. Mənə deyildi ki, 2 gün öncə pivə qadağası ləğv edilib və tamaşaçılarda pivə verilməyə başlayıb.

Beləliklə, İspaniya - Almaniya matçı başlayır. 69895 nəfərin izlədiyi oyunda qalib müəyyənləşmir 1:1.

Oyundan sonra 90 nəfər azərbaycanlı Doha aeroprotuna yol alır. Geridə qalan isə Vüsal Məmmədovun dediyi kimi bir ömür boyu unudulmayacaq xatirələr, xoş anlar olur. TOPAZ şirkətinə isə Azərbaycanlı futbol həvəskarlarına bu bayramı bəxş etdiyinə görə təşəkkür düşür.
 






 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“150 ilin söhbəti” kitabı işıq üzü görüb
20:27 05.06.2025
“150 ilin söhbəti” kitabı işıq üzü görüb
Azərbaycan yenidən BMT-Turizmin İcraiyyə Şurasına üzv seçilib
20:19 05.06.2025
Azərbaycan yenidən BMT-Turizmin İcraiyyə Şurasına üzv seçilib
Aprelin 27-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
20:05 05.06.2025
Aprelin 27-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
Orban: Ukraynanın Aİ-yə üzvlüyü birliyə 2,5 trilyon avroya başa gələcək
19:49 05.06.2025
Orban: Ukraynanın Aİ-yə üzvlüyü birliyə 2,5 trilyon avroya başa gələcək
Ermənistan Brüsseldəki diplomatik missiyası üçün 4,3 milyon avroya yeni bina alacaq
19:35 05.06.2025
Ermənistan Brüsseldəki diplomatik missiyası üçün 4,3 milyon avroya yeni bina alacaq
Kreml: Putin və Tramp Rusiyaya qarşı sanksiyaları müzakirə etməyiblər
19:21 05.06.2025
Kreml: Putin və Tramp Rusiyaya qarşı sanksiyaları müzakirə etməyiblər
Nazir: Almaniyada hərbçilərin sayı 50-60 min nəfərə qədər artırılmalıdır
19:10 05.06.2025
Nazir: Almaniyada hərbçilərin sayı 50-60 min nəfərə qədər artırılmalıdır
Lebedev: MDB dövlət başçılarının görüşü oktyabrın 10-da Düşənbədə keçiriləcək
18:59 05.06.2025
Lebedev: MDB dövlət başçılarının görüşü oktyabrın 10-da Düşənbədə keçiriləcək
Braziliya millisinin sabiq futbolçusu London klubundan ayrılıb
18:47 05.06.2025
Braziliya millisinin sabiq futbolçusu London klubundan ayrılıb
Ukraynaya yardım 1,3 milyard avroya qədər artırılacaq
18:32 05.06.2025
Ukraynaya yardım 1,3 milyard avroya qədər artırılacaq
Məsud Pezeşkianın Ermənistana səfəri gözlənilir
18:17 05.06.2025
Məsud Pezeşkianın Ermənistana səfəri gözlənilir
Çin və ABŞ liderləri arasında telefon danışığı olub
17:42 05.06.2025
Çin və ABŞ liderləri arasında telefon danışığı olub
Bayramda bölgələrə səfər edəcək sürücülərə - Müraciət
17:32 05.06.2025
Bayramda bölgələrə səfər edəcək sürücülərə - Müraciət
"Yuventus" milli üzvü ilə yeni müqavilə imzalayıb
17:25 05.06.2025
"Yuventus" milli üzvü ilə yeni müqavilə imzalayıb
DİN: Bayram günlərində ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq
17:17 05.06.2025
DİN: Bayram günlərində ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq
Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək
17:02 05.06.2025
Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək