Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev

Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
SOSİAL
13:45 16.10.2026
380
"Hərbçilərin maaş artımlarının təmin edilməsi üçün dövlət büdcəsindən əlavə olaraq 550 milyon manat vəsait ayrılacaq”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

O qeyd edib ki, Silahlı Qüvvələrin hərbi qulluqçularının rifah şəraitinin yaxşılaşdırılması İlham Əliyevin daim diqqət mərkəzində olub:

"Silahlı Qüvvələrin hərbi qulluqçularının rifah şəraitinin yaxşılaşdırılması, onların sosial təminat səviyyəsinin yüksəldilməsi daim Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin diqqət mərkəzində olub. Bu, hazırda ölkəmizin təhlükəsizliyinin və Silahlı Qüvvələrinin təminatının prioritet məsələlər sırasında olması, eyni zamanda aidiyyəti qurum və strukturların müvafiq addımlar atması ilə nəticələnir.
Bu məqsədlə, son günlərdə hərbi qulluqçuların maaşlarının artırılması ilə bağlı Milli Məclisdə yeni bir qərar qəbul edilib. Qərar artıq üçüncü oxunuşdan keçib. Bu qərara əsasən, hərbi qulluqçuların maaşları beynəlxalq standartlara uyğunlaşdırılacaq. Maaşların baza hissəsi, yəni əsas hissəsi daha çox rütbə maaşı ilə ifadə olunacaq. Başqa sözlə desək, əvvəllər maaşın baza hissəsini vəzifə maaşı təşkil edirdisə, indi bu, rütbə maaşı ilə əvəz ediləcək və ümumi maaşın 70 faizini təşkil edəcək. Ümumilikdə isə bütün vergilər və icbari ödənişlər çıxıldıqdan sonra Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşları 22,8 faiz artırılacaq”.

O vurğulayıb ki, hərbçilərin pensiya təminatında da ciddi dəyişikliklər olacaq:

"Digər tərəfdən, pensiya təminatında da ciddi dəyişikliklər olacaq. Yəni əvvəllər hərbçilərin pensiyası onların aldıqları maaşın 100 faizindən artığını təşkil edə bilməzdisə, indi yeni qanunla pensiyanın maaşdan daha artıq olmasına heç bir əngəl qalmayacaq. Hərbçilərin pensiyaları onların aldıqları maaş və hesablarında yığılan pensiya kapitalı ilə birbaşa əlaqəli olacaq. Bütün bu maaş artımlarının təmin edilməsi üçün dövlət büdcəsindən əlavə olaraq 550 milyon manat vəsait ayrılacaq.

"Hərbçilərimizin sosial təminatının yaxşılaşdırılması ilə paralel olaraq yeni hərbi infrastrukturun yaradılması, hərbi hissələrin təlim-tədris bazasının gücləndirilməsi, hərbçilərin yaşayış-məişət şəraitində ciddi dəyişikliklərin olması, azad edilən ərazilərdə, xüsusilə də Zəngəzur dağları istiqamətində, yəni Laçın, Kəlbəcər, Zəngilan istiqamətində tamamilə yeni infrastrukturun qurulması bir daha onu göstərir ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin bütün növ təminat və tələbatını qarşılamaq üçün Azərbaycan dövləti əlindən gələn hər bir addımı atır”,- deyə hərbi ekspert deyib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
13:45 16.10.2026
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
13:44 16.10.2026
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
Prezident fərman imzaladı
13:14 16.10.2026
Prezident fərman imzaladı
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
13:09 16.10.2026
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
13:08 16.10.2026
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
13:08 16.10.2026
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan