Hərbi hissədə yanğın oldu

Hərbi hissədə yanğın oldu
Bütün Xəbərlər
15:46 11.03.2012
1646
Ötən gecə Azərbaycan Müdafiə Nazirliyinin Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissəsinin ərazisində yanğın baş verib.
AZXEBER.COM-un Fövqəlada Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hərbi hissədə istifadəyə yararsız, ümumi sahəsi 450 kv.m olan taxta konstruksiyalardan ibarət barak tipli tikili yanıb.Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub və yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın saat 01:20-də söndürülüb.
OXŞAR XƏBƏRLƏR