Həyat yoldaşı ilə dalaşan aktyor özünü körpüdən atdı

Həyat yoldaşı ilə dalaşan aktyor özünü körpüdən atdı
MAQAZİN
19:09 24.06.2026
348
Rusiyanın əməkdar artisti, 56 yaşlı opera müğənnisi Herman Yukavski özünü körpüdən suya atıb.

AZXEBER.COM xəbər verir ki, hüquq-mühafizə orqanlarından alınan məlumata görə, hadisəyə səbəb həyat yoldaşı ilə mübahisə olub.

Bildirilir ki, hadisə zamanı sənətçi sərxoş vəziyyətdə olub və aqressiv davranış nümayiş etdirib. Suya düşdükdən sonra o, çayı öz gücü ilə üzərək keçməyə çalışıb. Lakin hadisə şahidləri xilasediciləri çağırıblar.
OXŞAR XƏBƏRLƏR