Həyat yoldaşından ayrılan kişi özünü öldürdü

Həyat yoldaşından ayrılan kişi özünü öldürdü
Bütün Xəbərlər
12:50 14.09.2011
1585
Bu gün Gəncə şəhərində intihar hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsi, Kəpəz rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Sevinc qəsəbəsində yaşayan 1969-cu il təvəllüdlü Quliyev Sadıq Ramiz oğlu özünü öldürüb. O yaşadığı mənzilin zirzəmisində polietilen kəndirlə özünü asıb. Bir müddət əvvəl həyat yoldaşından ayrılan 42 yaşlı kişinin hansı səbəbdən canına qəsd etməsi məlum deyil. Qeyd edək ki, günün əvvəlində Gəncədə 29 yaşlı qız da intihar edib. Şəhər prokurorluğundan Lent.az-a verilən məlumata görə, 1982-ci il təvəllüdlü Xəyalə İbrahimova yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Məlumatda o da bildirilir ki, hələ ailə həyatı qurmamış X.İbrahimovanın ailəsində bu, ilk intihar hadisəsi deyil. Bir neçə il əvvəl onun qardaşı da özünü öldürüb.
OXŞAR XƏBƏRLƏR