Həyat yoldaşını öldürüb su kanalına atan şəxsə hökm oxunub

KRİMİNAL
15:50 19.02.2014
1176
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürərək su kanalına atan Şahin Əliyevin məhkəməsi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Ş. Əliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ş. Əliyev ötən il sentyabrın 18-də, səhər saatlarında Şəbnəm Namazova ilə metronun “Koroğlu” stansiyası yanında görüşüb. Onlar avtobusla Yeni Suraxanı qəsəbəsində Zeytun Bağları adlanan əraziyə gediblər. 
Orada aralarında yaranmış mübahisə zamanı Şahin Əliyev Şəbnəm Namazovanın boğaz nahiyəsindən yumruqla iki dəfə vurub, öldüyünü yəqin etdikdən sonra meyiti yaxınlıqdakı su kanalına atıb.

OXŞAR XƏBƏRLƏR