'Həyatda özümdən başqa hər şeyə inanıram'

İDMAN
11:00 07.12.2012
1268
Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyada "İnter"lə 2:2 bərabərə qalan "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının xəbərinə görə, çalışdırıcı öncə Azərbaycanın bütün futbolsevərlərini salamlayıb.- Əlbəttə, oyundan sonra sizinlə görüşmək mənim üçün çox şaddır. Fürsətdən istifadə edərək, Azərbaycanın bütün futbolsevərlərini salamlayaraq, təbriklərimizi çatdırırıq. Bilirsiniz ki, neçə illərdir futbolumuz bir az əziyyət çəkir. Ancaq bu gün çox sevindiricidir ki, komandamız İtaliyada, “Milanda “İnter”lə heç-heçə oynadı və yaxşı oyun göstərdi.- Oyundan öncə bu nəticəyə inanırdınız?- Mən sözü dəfələrlə təkrar edirəm ki, həyatda özümdən başqa hər şeyə inanıram. Bir şey reallıqdırsa, niyə inanmayaq? “İnter” hansı cəhəti ilə “Neftçi”dən seçilirdi? Qol vəziyyətlərinə, yoxsa oyunda topu saxlamağına görə. Vobay Flavinyonu, İmamverdiyev Kanalesi vaxtında “oxuya bilsəydi”, nəticə başqa olardı. Futbolu yorğanın altında gizlətmək olmaz. Bir gün üzə çıxacaqdı.- Hansı əvhal ruhiyyədəsiniz? Şokdasınız ki, “İnter” niyə oynaya bilmədi, yoxsa nəticəyə görə təəccüblənirsiniz?- Mənim bu həyatda təəccübləndirmək mümkün deyil. Görə-görə gəlmişəm. Bir neçə ay əvvəl əzrayılın əlinin sıxıb gəlmişəm. Öz gördüyüm işə çox inanıram. İşim təsadüf yox, qanunauyğundur. Mən də şokdayam, ancaq burnumu qaldırmamışam. Həyatda beləyəm.- - Siz hələ qrupa düşəndə, qalib oldunuz. “Neftçi”nin xal qazanmağı inkişafdır, inkişafa gedən yoldur, yoxsa qara tuneldə görünən işıqdır?- Gəlin, bir şeyi unutmayaq ki, futbolda inkişaf digər idman növlərindən fərqli gec tərpənir. Ancaq bu gün hər şey göz qabağındadır. Hər şeydən qabaq bu uğur ölkə prezidentinin yeritdiyi düzgün mövqenin bariz nümunəsidir. Unutmayın ki, inkişaf Rövnəq Abdullayevin AFFA-ya düzgün rəhbərliyinin nəticəsidir. Biz balaca fiqurlarıq, icraçıyıq. Baş məşqçi işini düzgün qurursa və başında Sadıq Sadıqov kimi prezident varsa, nəticə olacaq. Böyükağa olmayacaq, başqası olacaq, inkişaf həmişə olacaq. Bütün klub prezidentlərinə məsləhət görərdim ki, Sadıqovdan səviyyə dərsi götürsünlər. Mən o günü görməyəcəyəm, siz görəcəksiniz ki, məşqçilər futbolu düzgün tutsalar, hər şey yaxşı olacaq.- Siz milli komandanın baş məşqçisi olmağa iddianızı qoyursunuz?- Bir azərbaycanlı kimi millinin baş məşqçisi olmaq hər şeydən öncə şərəf yeridir, pul dağarcığı yox. Əgər Azərbaycan idmanı üçün nə isə işlər görə bilirsənsə, deməli, xoşbəxtsən. Milli bir az başı bəladır. Berti Foqts möhkəm oturub, 16 il Avropada qazandığı uğuru hələ xərcləməkdir. Onun işinə maneçilik törətmək istəmirəm. Çox güman ki, Azərbaycanı tərk edəcəyəm.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
20:51 06.10.2026
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
20:45 06.10.2026
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
20:40 06.10.2026
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
İndoneziyada yük maşını aşıb, ölənlər var
20:35 06.10.2026
İndoneziyada yük maşını aşıb, ölənlər var
İranda 70 siyasi məhbus edam edildi
20:30 06.10.2026
İranda 70 siyasi məhbus edam edildi
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
20:23 06.10.2026
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
20:20 06.10.2026
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
20:14 06.10.2026
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
20:06 06.10.2026
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
20:05 06.10.2026
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
20:00 06.10.2026
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
19:53 06.10.2026
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
İranda dollar yenidən kəskin bahalaşdı
19:49 06.10.2026
İranda dollar yenidən kəskin bahalaşdı
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
19:42 06.10.2026
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib