Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş uşaq bağçalarının açılışı oldu — FOTOLAR

Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş uşaq bağçalarının açılışı oldu — FOTOLAR
SOSİAL
17:21 16.09.2020
793
Sentyabrın 16-da Bakının Xəzər rayonunun Zirə qəsəbəsinin Qışlaq yaşayış sahəsində Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş 2 saylı uşaq bağçasının açılışı olub. Tədbirdə Heydər Əliyev Fondunun, Xəzər Rayon İcra Hakimiyyətinin, "Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.

Uşaq bağçası Heydər Əliyev Fondu tərəfindən zəruri mebel və avadanlıqlarla təchiz edilib.

Uşaq bağçasının direktoru İlahə Rəsulova məlumat verib ki, Heydər Əliyev Fondu tərəfindən 60 yerlik uşaq bağçasının inşasına 2019-cu ilin dekabrında başlanılıb, tikinti işləri 2020-ci ilin iyul ayında yekunlaşıb. Bir mərtəbədən ibarət bağçanın ümumi ərazisi 0,0894 hektardır. Bağçanın ərazisində yeraltı içməli su anbarı, nasosxana və qazanxana inşa edilib, bina daimi su, elektrik və istilik sistemləri ilə təmin edilib.

Bildirilib ki, uşaq bağçasının binası iki qrup otağından ibarətdir. Ərazidə oyun meydançası da var. Məşğələ və yataq otaqları hər cür avadanlıq və ləvazimatlarla təmin edilib. Pandemiya ilə əlaqədar olaraq bağçada bütün gigiyenik qaydalara ciddi riayət olunur.

Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, əraziyə daş örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib, işıqlandırma sistemləri quraşdırılıb. Bağça ətrafı yollar abadlaşdırılıb.

Sentyabrın 16-da Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonunun Binə qəsəbəsində inşa olunmuş 218 saylı körpələr evi-uşaq bağçasının da açılışı olub. 

Heydər Əliyev Fondunun, Xəzər Rayon İcra Hakimiyyətinin, "Regional İnkişaf” İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə körpələr evi-uşaq bağçasının direktoru Ülviyyə Quliyeva məlumat verib ki, ikimərtəbəli binanın məşğələ və yataq otaqları zəruri mebel və avadanlıqlarla təchiz olunub.

Qeyd edilib ki, 80 yerlik uşaq bağçasının binası dörd qrup otağından ibarətdir. Ərazidə oyun meydançası da var. Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, əraziyə daş örtüyü döşənib, dekorativ və kol ağacları əkilib, işıqlandırma sistemləri quraşdırılıb.

Bağça kənarı yollara asfalt örtüyü salınıb.(AZƏRTAC)
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı