Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
SİYASƏT
17:55 30.04.2026
388
Vatikan şəhər-dövlətinin qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair daha bir müqavilə imzalanıb.

Vatikanda keçirilən görüşdə sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini imzalayıblar.

Yeni layihə çərçivəsində Müqəddəs Pavel Bazilikasının daxilində yerləşən Müqəddəs Pavel və Müqəddəs Pyotr heykəllərinin, həmçinin Bazilikanın həyətində Müqəddəs Pavel və Müqəddəs Luka heykəllərinin bərpası nəzərdə tutulub.

Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvinin müşayiəti ilə bazilika kompleksinə baxış zamanı Heydər Əliyev Fondu tərəfindən aparılmış işlər və növbəti mərhələlərdə nəzərdə tutulan işlər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Müqəddəs Pyotr Kilsəsindən sonra Vatikanın ikinci ən böyük kilsəsi olan Müqəddəs Pavel Bazilikası Roma şəhərində dörd əsas papalıq bazilikalarından biridir. Monumental ölçüləri, zəngin mozaikaları və uzun sütun sıraları ilə seçilən bazilika dini, mədəni abidə kimi böyük əhəmiyyət daşıyır və hər il minlərlə zəvvar və turist tərəfindən ziyarət olunur.

Bərpa işləri zamanı müasir texnologiyaların tətbiq olunması nəzərdə tutulur. Xüsusilə lazer texnologiyası vasitəsilə səthin təmizlənməsi və təbiətə zərər verməyən bioloji vasitələrlə konservasiya işlərinin aparılması planlaşdırılır. Bu metodlar əvvəllər Vatikan bağlarında da uğurla tətbiq olunub.

Bazilikada, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilmiş əvvəlki bərpa və tikinti işləri ilə tanışlıq olub.

Qeyd edək ki, 2024-cü il sentyabrın 11-də Müqəddəs Taxt-Tac tərəfindən 25 ildən bir qeyd edilən "Müqəddəs Yubiley İli” çərçivəsində Vatikan şəhər-dövlətinin qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin qorunmasını, təhlükəsizliyinin təmin olunmasını və bərpasını nəzərdə tutan sənəd imzalanmışdı. Həmin müqavilə çərçivəsində Bazilikada aparılan bərpa və konservasiya işləri artıq uğurla tamamlanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Filankəs xanımın məktəbi yaxşı məktəbdir” anlayışından necə qurtulaq?
14:00 14.09.2026
“Filankəs xanımın məktəbi yaxşı məktəbdir” anlayışından necə qurtulaq?
Rusiyada təhsil alan azərbaycanlıların sayı - Açıqlandı
13:56 14.09.2026
Rusiyada təhsil alan azərbaycanlıların sayı - Açıqlandı
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər - FOTOLAR
13:48 14.09.2026
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər - FOTOLAR
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
13:36 14.09.2026
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
“Vəsiqədə ata adı varsa, ana adı da olsun” - Deputatdan təklifə reaksiya
13:12 14.09.2026
“Vəsiqədə ata adı varsa, ana adı da olsun” - Deputatdan təklifə reaksiya
İnsanlar niyə hər il yeni “iPhone” almağa çalışırlar? – Psixoloqdan açıqlama
13:09 14.09.2026
İnsanlar niyə hər il yeni “iPhone” almağa çalışırlar? – Psixoloqdan açıqlama
Dəbdəbəli toyla gündəm olan “Vanlı Kara Haydar”ın həyat yoldaşı ilə bağlı YENİ QƏRAR
13:03 14.09.2026
Dəbdəbəli toyla gündəm olan “Vanlı Kara Haydar”ın həyat yoldaşı ilə bağlı YENİ QƏRAR
Metroda dəyişiklik olacaq
12:59 14.09.2026
Metroda dəyişiklik olacaq
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu - FOTOLAR
12:36 14.09.2026
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu - FOTOLAR
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
12:19 14.09.2026
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq
12:11 14.09.2026
Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq
Həkim və müəllimlərə Bank Respublika-dan xüsusi fürsət!
11:46 14.09.2026
Həkim və müəllimlərə Bank Respublika-dan xüsusi fürsət!
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
11:42 14.09.2026
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
Kredit götürənlər bunu mütləq bilməlidir: İşsiz qalanda borc necə ödənilir?
11:28 14.09.2026
Kredit götürənlər bunu mütləq bilməlidir: İşsiz qalanda borc necə ödənilir?
Ebola pandemiyaya çevrilə bilər? – Adil Qeybulladan açıqlama
11:22 14.09.2026
Ebola pandemiyaya çevrilə bilər? – Adil Qeybulladan açıqlama
“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir” - QMİ sədri
11:18 14.09.2026
“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir” - QMİ sədri