Heydər Əliyev Mərkəzinin yanmasına sevinənlərə - CAVAB

Heydər Əliyev Mərkəzinin yanmasına sevinənlərə - CAVAB
KÖŞƏ
17:33 24.07.2012
4762
Anzulə Əmirova Ötən həftə iş yoldaşlarımla Heydər Əliyev Mərkəzinin yaxınlığından keçirdik. Söhbətimizin şirin yerində bir anlıq dayandıq və bu möhtəşəm mərkəzə baxaraq ölkəmizdə bu cür mədəniyyət nümunəsinin olmasından duyduğumuz heyranlıq və qurur hissini bölüşdük. Bilməyənlərə, qısaca da olsa, məlumat verim ki, Heydər Əliyev Mərkəzi Bakıdakı müasir mədəniyyət abidələrimizin ən gözəllərindən biridir. Bu mərkəzin memarı dünya şöhrətli Zaha Hadidir. Struktur muzey, konfrans zalı, çoxfunksiyalı zal, kitabxana və media mərkəzindən ibarətdir. Bu hadisədən 3 gün sonra, təəssüflər ki, acı bir xəbər duydum. Kütləvi Informasiya Vasitələrində “Heydər Əliyev Mərkəzi od tutub yanır” cümləsini oxuduqda bir anlıq dondum, sonra çaşdım, bilmədim nə edim, yaxınlarıma zəng vurub sanki onların bu xəbəri yalanlayacaqlarını gözlədim. Bir qədər sonra Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında yanğın olması ilə bağlı rəsmi açıqlama verildi. Əslində donmağıma səbəb, bir tərəfdən, bu möhtəşəm abidənin yanması idisə, digər tərəfdən, bir anlıq ürəyimdən keçən və bəzilərinizə gülməli görünə biləcək: “Deyəsən, abidəyə bizim gözümüz dəydi”, - fikri idi. Çaşqınlıq içərisində internetdə bununla bağlı yazılan xəbərləri, xəbərlərə yazılmış şərhləri oxuduqda isə bilmədim yanan abidəyə heyfim gəlsin, ya bəzi dar düşüncəli insanalara yazığım gəlsin?! Abidədə yanğın baş verən zaman sosial şəbəkələrdə, o cümlədən həmin xəbərin yayımlandığı saytlarda yazılan şərhlərə inana bilmədim. Bu bədbəxt hadisəni iqtidarın uğursuzluğu, məhvi sayanları anlamaq necə də çətindir!Aman allahım, biz insanlar bu qədər cılız ola bilmərik! Yanğının Azərbaycanda insanların əzilməsi ilə müqayisəsi, əgər o mərkəz M.Ə.Rəsulzadənin adını daşısa idi, igid oğullarımızın qaçaraq yanğını söndürməyə gedəcəkləri barədə yazılan gülünc fikirlər, bu yanğının məhz Ramazan ayının ilk günündə baş verməsinin əsas gətirilərək dinlə bağlanması və s. bu kimi şərhləri oxuduqca utandım. Axı necə ola bilər ki, doğma torpağımızın bir parçasında baş verən yanğına qanı qanımızdan, canı canımızdan olanlar bu qədər sevinsinlər? Bir damla insanlıq hissi olan bəndə bədbəxt hadisə üzərində öz xoşbəxtliyini axtarırsa, bu çox qorxuludur. Bu düşüncəyə malik insanlar çox qəddardırlar və biz onlarla eyni havanı uduruq. Dərd burasıdır ki, bəzi kütləvi informasiya vasitələri bir neçə gün öncə Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin anbarında baş verən yanğına bu səviyyədə reaksiya verməmişdilər. Təəssüf ki, şərh yazanlar da nədənsə bu qədər canfəşanlıq nümayiş etdirməmişdilər.Ay sevinənlər, axı ən azından bu abidəyə baxan nankor ermənilərin, düşmənlərimizin az qalır ki, bağırları partlasın. Heç olmasa, ermənlərin sevinəcəklərini düşünüb ağlınıza gələni ifadə etməkdən çəkinin. Ümumiyyətlə, kiminsə bədbəxtliyinə sevinənləri mən heç cür anlaya bilmirəm. Sadə bir izah: axı necə başa düşmürsünüz ki, başqalarının bədbinliyinə sevinmək özünü aldatmaqdır, keçici hissdir, qarşındakı bədbəxt hadisədən bir sevinc qaynağı tapırsansa, sənin özünə heç bir faydan ola bilməz, o ki qala ətrafdakılara, xalqa, millətə. Gəlin bir olaq, heç olmasa, bu kimi həssas məqamlarda şəxsi mənafeyimizi yox, ümumi mənafeyi düşünək… Yalnız belə olsa, bir xalq, millət olaraq daha güclü olarıq!Amma nə yalan deyim, həmin gün mən də güldüm. Bilirsiniz nəyə? Vətəndaşlarımızdan biri də bu yanğına siyasi don geyindirərək belə yazmışdı: “Zülmün sonu oddur, atəşdir, alovdur! Bu dünyada da, o biri dünyada da!..” Gəl indi baş sındır ki, bu nə demək istəyir?..
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub