Heydər Əliyevin 102 illiyinə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirildi

Heydər Əliyevin 102 illiyinə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirildi
SOSİAL
20:41 18.05.2025
326
16 may tarixində Heydər Əliyev Sarayında AHİK-ın üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) və Elm və Təhsil Nazirliyinin (ETN) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələrinin bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti baş tutub.

Tədbirdə dövlət rəsmiləri, rektorlar, millət vəkilləri, eləcə də tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Konsert proqramında tələbələrin ifasında Ulu Öndərə həsr olunmuş mahnılar, şeirlər səsləndirilib və rəqs kompozisiyaları təqdim olunub.

Müsabiqə-festivalın birinci mərhələsi aprel-may aylarında ölkənin 26 ali təhsil müəssisəsində keçirilib. Ümumilikdə 1600-ə yaxın tələbə bu mərhələdə iştirak edib. Final mərhələsinə isə 391 tələbə vəsiqə qazanaraq çıxışlarını nümayiş etdirib.

Final iştirakçılarının çıxışları Xalq artisti Mübariz Tağıyev, Xalq artisti Samir Cəfərov, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, yazıçı-şair Baba Vəziroğlu, Xalq artisti, bəstəkar və vokal ifaçısı

Gülyanaq Məmmədova, Xalq artisti, baletmeyster Təranə Muradova və ustad tarzən, pedaqoq Arslan Növrəsli, əməkdar incəsənət xadimi Hafiz Quliyev kimi nüfuzlu münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Festivalın əsas məqsədi gənclər arasında bədii yaradıcılığa marağı artırmaq, onların mədəni potensialını dəstəkləmək, asudə vaxtlarının səmərəli təşkilini təmin etmək və Ulu Öndər Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsindəki zəngin irsini təbliğ etməkdir.

Qeyd edək ki, müsabiqənin qalibləri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən mükafatlandırılacaqlar.

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nigeriyada kəndə hücum zamanı ən azı 25 nəfər öldürüldü
19:00 18.08.2026
Nigeriyada kəndə hücum zamanı ən azı 25 nəfər öldürüldü
“Qalatasaray”dan yeni transfer
18:50 18.08.2026
“Qalatasaray”dan yeni transfer
Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqladı
18:39 18.08.2026
Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqladı
Suriyada İES-də partlayış baş verdi - 3 nəfər öldü
18:19 18.08.2026
Suriyada İES-də partlayış baş verdi - 3 nəfər öldü
Rəsmi Kiyev: Rusiyanın ötən gecə Ukraynaya hücumlarında 12 nəfər ölüb
18:05 18.08.2026
Rəsmi Kiyev: Rusiyanın ötən gecə Ukraynaya hücumlarında 12 nəfər ölüb
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26- ya qeydiyyatı açıq elan edir
17:50 18.08.2026
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26- ya qeydiyyatı açıq elan edir
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verdi
17:41 18.08.2026
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verdi
Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
17:32 18.08.2026
Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
Azərbaycanda qardaş bacısını maşında öldürdü
17:10 18.08.2026
Azərbaycanda qardaş bacısını maşında öldürdü
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
16:59 18.08.2026
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
16:55 18.08.2026
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
16:48 18.08.2026
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
16:45 18.08.2026
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
16:21 18.08.2026
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
16:20 18.08.2026
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
16:10 18.08.2026
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq