General-mayor Heydər Piriyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) rəisi təyin olunub.
Buna qədər AAHM rəisi vəzifəsini məktəb rəisinin müavini, polkovnik Mirzəli Yusifov icra edib.
M. Yusifovaçıqlamasında məktəbin rəis müavini vəzifəsində qaldığını bildirib: “İndiyədək rəis vəzifəsini icra edirdim”.
Buna qədər H. Priyev Naxçıvan 5-ci ordu birləşməsinin qərargah rəisi, ondan əvvəl isə AAHM rəisi vəzifəsində çalışıb. H. Piriyev Qarabağda - Füzuli bölgəsində gedən döyüşlərdə hərbi hissə komandiri kimi xidmət edib. (APA)