Həyəcan siqnalı: Azərbaycanda yayılan xəstəlik nədir?

Həyəcan siqnalı: Azərbaycanda yayılan xəstəlik nədir?
SAĞLAMLIQ
11:06 14.01.2026
1362
Son aylarda virus və bağırsaq infeksiyalarının artması və ilə bağlı çoxsaylı şikayətlər var. Cəmiyyətdə narahatlıq doğuran əsas məqamlardan biri isə qarşıdakı dövrdə yeni virusların meydana çıxıb-çıxmayacağıdır.

Bəs müşahidə olunan viruslar əvvəlkilərdən daha ağır klinik gedişə malikdirmi? Virusların mutasiyaya uğraması hazırda nə dərəcədə aktualdır və bizi nə gözləyir?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov mövzu ilə bağlı Oxu.Az-a açıqlama verib.

O bildirib ki, qrip və digər kəskin respirator infeksiyalar üçün fəsillilik xarakterikdir:

"Payız-qış aylarında hər il bu infeksiyaların artımı müşahidə olunur. Viruslara yoluxmanın çoxalmasına mövsümi amillər - havanın temperaturunun azalması, quru hava şəraiti, insan immunitetinin təbii zəifləməsi, gün işığının və D vitamini sintezinin azalması, qida ilə vitaminlərin daha az qəbul edilməsi və digər faktorlar təsir göstərir.

Hazırda daha çox rastlanan infeksiya mövsümi A qripidir. Fevral ayından bu infeksiyanın yayılmasının pik dövrü müşahidə olunur. Ümumilikdə, yaz aylarına doğru qripə yoluxma hallarının azalacağı proqnozlaşdırılır. Bununla yanaşı, müxtəlif digər kəskin respirator virus infeksiyaları da oxşar klinik mənzərə ilə müşahidə edilir.

Hazırda daha çox yayılan A qripinin əvvəlki illərdə rast gəlinən qrip virusları ilə müqayisədə daha ağır xəstəlik törətməsinə dair sübut yoxdur. Lakin qrip infeksiyası risk qrupuna daxil olan şəxslərdə adətən, daha ağır və fəsadlı keçir".

Mütəxəssis qeyd ediblər ki, uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər qripin ağır gedişi baxımından risk qrupuna daxildirlər:

"Qrip virus infeksiyası digər kəskin respirator virus infeksiyaları ilə müqayisədə, xüsusilə risk qruplarında daha təhlükəlidir. Qrip viruslarının mutasiyaya uğraması təbii prosesdir. Bunun nəticəsində viruslar qazanılmış immunitetdən qismən yayına bilirlər. Lakin bu mutasiyalar köklü xarakter daşımır və yeni ştamın yaranmasına səbəb olmur.

Adətən, qış aylarında bəzi virus infeksiyaları mədə-bağırsaq əlamətləri ilə müşayiət olunur. Bunlara uşaqlarda qrip, adenovirus infeksiyası, həmçinin rotavirus və digər virusları aid etmək olar. Bu infeksiyalar zamanı risk qrupuna daxil olan şəxslər dərhal həkimə müraciət etməlidirlər. Qrip zamanı hərarətin üç gündən artıq davam etməsi normal immunitetə malik şəxslər üçün həkimə müraciət etməyə əsas verən siqnaldır. Rotavirus infeksiyasına yoluxmuş uşaqlar isə mütləq həkim məsləhəti almalıdırlar".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir