‘Hicaba azadlıq!’ aksiyasında iştiraka görə tutulanlara hökm oxundu

‘Hicaba azadlıq!’ aksiyasında iştiraka görə tutulanlara hökm oxundu
Bütün Xəbərlər
16:56 22.04.2013
2548

Nərimanov Rayon Məhkəməsində ötən il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq!” tələbi ilə keçirilən razılaşdırılmamış aksiyada iştiraka görə tutulmuş və barəsində cinayət işi başlanmış 32 nəfərdən bir qrupunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən 8 nəfər 5 il 6 aydan 3 il müddətinə qədər azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq!” tələbi ilə keçirilən aksiyada iştiraka görə ümumilikdə 32 nəfər tutulub.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunurlar.

OXŞAR XƏBƏRLƏR