Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşdü

Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşdü
SİYASƏT
14:12 16.11.2026
60
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.

AZXEBER.COM xəbər verir ki, H.Hacıyev bu barədə "X” sosial media hesabında paylaşım edib.

Qeyd olunub ki, görüşdə Azərbaycan–NATO tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, o cümlədən əməkdaşlığın yeni modellərinin inkişaf etdirilməsinin zəruriliyi müzakirə olunub.

Görüşdə H.Hacıyev Azərbaycanın NATO-nun fəal və etibarlı tərəfdaşı olduğunu vurğulayıb. O, ölkənin hərbi imkanları, strateji coğrafi mövqeyi, regional bağlantıların inkişafı və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə danışıb.

Həmçinin Azərbaycan–NATO əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
OXŞAR XƏBƏRLƏR