Hikmət Hacıyev Televiziya və Radio Günü ilə bağlı paylaşım edib

Hikmət Hacıyev Televiziya və Radio Günü ilə bağlı paylaşım edib
SOSİAL
13:10 06.11.2026
55
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycan Radiosunun 100 illik yubileyi və Televiziya və Radio Günü münasibətilə paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X” sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, 1926-cı il noyabrın 6-da "Diqqət, danışır Bakı!” sözləri ilə ilk dəfə efirə çıxan Azərbaycan Radiosu milli yayım tarixinin əsasını qoyub, ölkənin ictimai və mədəni həyatında, milli dəyərlərin təbliğində mühüm rol oynayıb.

Hikmət Hacıyev qeyd edib ki, 1956-cı il fevralın 14-də Azərbaycan Televiziyasının fəaliyyətə başlaması ilə bu tarixi yol yeni mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, televiziya və radio ötən illər ərzində ölkənin ictimai-siyasi və mədəni həyatının salnaməsini yaradaraq milli-mənəvi irsin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayıb.

Prezidentin köməkçisi müasir dövrdə Azərbaycan televiziya və radiosunun ənənələrini qorumaqla yanaşı, rəqəmsal platformalara inteqrasiya və texniki imkanların genişləndirilməsi istiqamətində inkişaf etdiyini vurğulayıb.

O, həmçinin Prezident İlham Əliyevin noyabrın 5-də bir qrup media nümayəndəsini təltif etməsini bu sahədə uzun illər çalışan peşəkarların əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib.

Hikmət Hacıyev yubiley və peşə bayramı münasibətilə bütün teleradio əməkdaşlarını, o cümlədən sahənin veteranlarını təbrik edərək onlara cansağlığı və yaradıcılıq uğurları arzulayıb.
 
Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR