Katarakt

Hindistanda oksigen təchizatındakı nasazlıqlar xəstələrin ölümünə səbəb olur

DÜNYA
21:00 14.05.2021
344
Hindistanın Qoa ştatı Tibbi Kolec və Hospitalda (GMCH) COVID xəstələrinin yatdığı bölmədə oksigen təchizatının qəflətən azalması nəticəsində ötən gecə azı 13 xəstə dünyasını dəyişib.

AZXEBER.COM yerli KİV-ə istinadən xəbər verir ki, ötən gün GMCH-nin ştat paytaxtı Pənəci şəhərindəki xəstəxanasında da eyni məsələ üzündən 15 xəstə vəfat etmişdi. Bütövlükdə isə son 4 gün ərzində sözügedən problemə çarə tapılmaması ştatda 74 xəstənin həyatına başa gəlib.

Ştat hökuməti məsələ ilə bağlı araşdırmaya başlayıb. Rəsmilərin bildirdiyinə görə, ölüm hallarının bir qismi oksigen balonları arasında bağlantılardakı nasazlıq üzündən xəstələri təmin edən xətlərdə təzyiqin kəskin azalması ilə bağlıdır.

Yerli Yüksək Məhkəmə COVID xəstələrinin oksigen təchizatına dair tələbinə baxmayaraq məsələ nəticəsində ölüm hallarının davam etdiyini açıqlayıb. Məhkəmə ştat hökumətindən belə halların bir daha baş verməməsinə dair zəmanət istəyib.

OXŞAR XƏBƏRLƏR