İran Rusiya Prezidenti Vladimir Putinin yaxın günlərdə Tehrana səfərinə hazırlaşır.
Bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani bildirib.
Məlumata görə, Kreml hələ ki Rusiya Prezidentinin İrana səfər planını elan etməyib.
Fatimə Mühacirani bildirib ki, hazırda səfərə hazırlıq işləri görülür.