Hospital binanın həyətində olan parklanma yerlərini zəbt edib? - VİDEO

Hospital binanın həyətində olan parklanma yerlərini zəbt edib? - VİDEO
SOSİAL
00:39 01.09.2026
122
Binanın həyətində avtomobil saxlamaq üçün nəzərdə tutulmuş yerlərin hospital tərəfindən zəbt olunduğu iddia edilir...

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonu Xıdır Mustafayev küçəsində yerləşən binanın sakinləri deyirlər ki, məhəllə faktiki olaraq "şəxsi parkinq"ə çevrilib.

Vətəndaşlar deyirlər ki, dəfələrlə müvafiq dövlət qurumlarına müraciət olunub, ancaq problem həll olunmayıb.

Ərazinin mühafizəçisi kameramızı görən kimi uzaqlaşdı. "Etalon" Hospitaldan isə sorğumuza cavab verilmədi.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, qayda pozan şəxslər barəsində inzibati məsuliyyət tədbirləri görüləcək.

O da qeyd olunub ki, əraziyə aidiyyəti qurumların əməkdaşları ilə birgə baxış keçiriləcək və müvafiq addımlar atılacaq.

OXŞAR XƏBƏRLƏR