Hotel otağında dəhşət - 4 turistin meyiti tapıldı

DÜNYA
10:56 16.10.2021
1612
Albaniyanın qərbində yerləşən hotellərdən birində 4 turistin meyiti tapılıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə "Albanian Daily News" qəzeti yerli polis idarəsinə istinadən xəbər verir.

Bildirilir ki, meyitləri tapılan turistlər Rusiya vətəndaşlarıdır: "Təxminən saat 00:20-də (Bakı vaxtı) Kavaya dairəsinin Kerret kəndində yerləşən hotelin saunasında Rusiya vətəndaşı olan 4 turistin meyiti tapılıb. Onlar hamısı boğularaq ölüb".

Digər təfərrüatlar barədə məlumat verilmir.

OXŞAR XƏBƏRLƏR