Yaxın Şərqdə davam edən gərginlik fonunda dünya ticarəti və enerji daşımaları baxımından strateji əhəmiyyətə malik olan Hörmüz boğazı yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Uzun müddətdir boğazın fəaliyyəti ilə bağlı qeyri-müəyyənliyin davam etməsi bu marşrutdan istifadə edən ölkələrdə narahatlığı artırır. Hörmüz boğazında yaranan hər hansı məhdudiyyət qlobal neft və mayeləşdirilmiş təbii qaz tədarükünə, eləcə də beynəlxalq yükdaşımalarına ciddi təsir göstərir.
Belə bir vaxtda İranın Fars xəbər agentliyinin yaydığı məlumata görə, Hörmüz boğazı tamamilə bağlı olaraq qalır və İranın icazəsi olmadan heç bir gəminin buradan keçməsinə icazə verilmir.
İqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, yaranmış vəziyyətdən ən çox körfəz ölkələri əziyyət çəkir:

"Hörmüz boğazı ilə bağlı vəziyyətin dəyişkən olması daha çox körfəz ölkələrinə təsir göstərir. Yaranmış vəziyyətdən ən çox körfəz ölkələri əziyyət çəkir. Bu vəziyyət Avropa, Asiya ölkələri və Çindən də təsirsiz ötüşmür. Lakin mövcud problem daimi deyil və nə vaxtsa həll olunacaq. Artıq Hörmüz boğazına alternativ marşrutlar da yaradılır”.
Şahanə Ziyad












































