Hörmüz boğazında maye qaz daşıyan gəmi hədəfə alınıb

Hörmüz boğazında maye qaz daşıyan gəmi hədəfə alınıb
DÜNYA
18:48 09.10.2026
156
Hörmüz boğazında maye qaz daşıyan tanker hədəfə alınıb.

Bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, "NV Sunshare” adlı gəmi Hörmüz boğazının cənub hissəsində qeyri-qanuni marşrutdan istifadə edərək keçməyə cəhd göstərərkən hədəfə alınıb və nəticədə gəminin mühərrik olan hissəsində yanğın baş verib.

SEPAH bu eskalasiyaların məsuliyyətinin birbaşa ABŞ-ın üzərinə düşdüyünü vurğulayıb.

Əlavə edilib ki, qeyri-qanuni marşrutlardan istifadə edən gəmilərin hədəfə alınması təkcə Hörmüz boğazı ilə məhdudlaşmayacaq və ümumilikdə, bütün regionda bu cür marşrutlarda üzən tankerlər təqibə məruz qalacaq.
OXŞAR XƏBƏRLƏR